SON DƏQİQƏ: Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi - FOTO

29, 07, 20
20:19

SON DƏQİQƏ: Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi - FOTO


İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
 
Bu barədə Azerbaycanrealligi.com Müdafiə Nazirliyindən məlumat verilib.
 
Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.


 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın