Siyasətin 70 üzü, 70 minlik "mübarizlik"- Büzqalterdən gələn "məsumluq" harayı

11, 01, 21
20:26

Siyasətin 70 üzü, 70 minlik "mübarizlik"- Büzqalterdən gələn "məsumluq" harayı


2020-ci ilin ən yadda qalan hadisələrindən biri də Tofiq Yaqublunun həbsi və bu həbsin ətrafında yaranan ajiotaj, manipulyasiya və süni  qalmaqallar oldu. İnsanlar danışdı, danışdı və yenə də danışdı. Cəmiyyət olaraq pafosa, bəzəkli sözlərə, meyilli olduğumuzdan bir qrup şəxsin gözündə Tofiqləri qəhrəman etməyə çalışdılar. 

"Azərbaycan kişisi", "Mübariz insan" v.s imicini yaratmaq istəyi  ən çox "Ana müxalifətin" ögey "atalarından" olan Əli Kərimli və Tofiqin bioloji olaraq qızı, avtoritar və mənəvi olaraq "atası" olan Nigar Yaqubluya  sərf edirdi. Niyə atası yox  ataları?

Məqalədən haşiyə çıxarım. Bir zamanlar Osmanlı şəhzadəsi Mustafa öldürüldükdən sonra hər daim qərəzli, məqsədli  olaraq bir qrup narazı  insanı şahzadə Mustafa obrazı yaradaraq  əldə saxlamağa çalışırdılar.  Eyni senari də 5 əsr sonra eyni qaydada davam etdi. 

"Şəxsiyyət asılılığı" sindromundan əziyyət çəkən bir qrup insanı əldə saxlamaq üçün "siyasi şəxsiyyətsizlər" İnsanların gözündə Tofiq Yaqublunun qəhrəman etməyə çalışdılar. Təbliğat yönündə əsas resursları isə sosial uğursuzlar, pub-larda gününü keçirən azyaşlılar milli qəhrəmanı təhqir, azad seksi təbliğ edən feminist Nərmin Şahmarzadələr idi.

Tofiq Yaqublunun aclıq aksiyasını maksimum dərəcədə gündəmdə saxlamağa çalışan "qaynata-gəlin" Nigar Yaqublu-Əli Kərimli cütlüyünün ən böyük arzusu Tofiqin aclıq aksiyasından sağ çıxmaması idi. Belə olduqda narazı insan qrupu daha da aktivləşəcək, insanların beynində bir Che Gueara obrazı yaranacaq idi. Bir də ən əsası beynəlxalq  təşkilatlardan alınacaq maliyyə dəstəyi faktoru var idi təbii ki...

Uca yaradan torpağın paklığını nəzərə alıb Tofiq Yaqublunun ölməyini istəmədi. Maliyyə dəstəyi isə alındı həmişəki kimi. Sosial mediada yayılan məlumatlara görə Tofiq Yaqublu özünə 70 min civarında son model lüks avtomobil alıb. Sağlığına qismət olsun deyərdim. Demirəm. Ona görə ki, o vəsaitdə hələdə Tofiq Yaqublunun  qəhrəman olduğuna inanan insanların haqqı var. 

Aksiyaların birində Tofiq Yaqublunun fotosu olan köynəyi çıxarıb Büzqalterdə qalan bir neçə feministin bu hərəkəti isə Yaqublunun azadlıq mubarizəsinin "şah əsəri" oldu. İllərlə "Qarabağ qazisi" "Mübariz insan" kimi cəmiyyətə sırınan Tofiq Yaqublunun səviyyəsi 2 çılpaq feministin büzqalteri qədər olduğu göründü.

Geriyə qalan maraqlar və maraqlılar oldu. Maraqlılar Ata-qiz Yaqublu və Kərimli triosu, maraqlar sürülən 70 minlik avtomobillər.

Hə birdə bu maraqlı insanların maraqlarının altında əzilən bir qrup şəxs. Həmən bir qrup şəxs bu yazını oxuyanda Tofiq Yaqublu bahalı avtomobilində gəzəcək. Onlar isə qənaətlə istifadə etdikləri internet paketləri ilə müəllifi "troll", "agent" deyə təhqir edəcəklər.

İnanıram ki, haçansa bu şəxslər anlayacaq, Tofiqin Yaqublunun əyləşdiyi tək 70 minlik avtomobil yox həm də onların boyunları olduğunu. Bir gün anlamaları ümidi ilə...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın