QHT sədri avtobusda jurnalistə hücum edib: "Ay millət, bu qadın ermənilərə işləyir"

20, 04, 21
16:10

QHT sədri avtobusda jurnalistə hücum edib: "Ay millət, bu qadın ermənilərə işləyir"


QHT sədri Rada Abbas "Qarabağ" qəzetinin əməkdaşı Zəkurə Quliyevaya 6 saylı avtobusda hücum edib. Hadisə aprelin 20-si saat 11 radələrində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, QHT sədri avtobusun içində jurnalsti təhqir edərək, onu ermənilərə işləməkdə ittiham edib: "Sən niyə erməniyə işləyirsən? Onlara kömək edirsən, ermənini müdafiə edirsən?"

Zəkurə Quliyeva

Jurnalistə fiziki təzyiq göstərmək istəyən QHT sədri ayağa qalxaraq, üzünü sərnişinlərə tutub: "Ay millət, eşidin, bilin. Bu qadını tanıyın. O erməniləri müdafiə edir, onlara işləyir".

Onun bu müraciətindən sonra avtobusda gərginlik yaşanıb.

Xatırladaq ki, Zəkurə Quliyeva 30 ildir mətbuatdadır. I Qarabağ Müharibəsi zamanı cəbhə bölgəsindən xüsusi reportajlar hazırlaylb. Əslən Ağdam rayonundandır. Hazırda "Qarabağ" qəzetinin əməkdaşıdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın