Ailə qurmağın kariyeraya təsiri PSİXOLOQ AÇIQLADI

23, 04, 21
12:00

Ailə qurmağın kariyeraya təsiri PSİXOLOQ AÇIQLADI


“Ailəsinə hədsiz bağlı olan qadınların iş həyatında müəyyən qədər zəiflik olur. Ailədə həm qadının, həm də kişinin işləməsində bir sıra fərqlər var”. Bu sözləri  psixoloq Vüsalə Əmiraslanova deyib.


Onun sözlərinə görə, iş həyatında ailəyə daha çox üstünlük verən tərəf qadındır: “Kişilər qadınlarla müqayisədə işə çox üstünlük verir. Lakin, kişi və qadın birlikdə olduqda əsasən ailə haqqında düşünürlər”.


Psixoloq onu da qeyd edib ki, işləyən qadınlar daha baxımlı və özgüvənli olur: “Kişilər özgüvənli və baxımlı qadınları sevir. Lakin, bəylərin özgüvəni o qədər aşağıdır ki, düşünürlər ki, çalışan və baxımlı qadın ona xəyanət edə bilər. Beləliklə, ortaya güvənsizlik problemi çıxır. Amma unutmamalıyıq ki, ailə və işi eyni anda yaxşı idarə edən insanlar da var”.


Vüsalə Əmiraslanova son olaraq onu deyib ki, əgər, işdə zəiflik varsa, ailəni bir müddətlik kənara alıb işin üzərinə daha çox düşmək lazımdır.


Çünki, ailə insanın ən böyük dəstəkçisidir və həmişə yanındadır. Amma, işsiz qalsaq bu bir çox problemlərə səbəb olacaq”.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın