Azərbaycan ordusunun 3 generalı vəzifəsindən azad edildi

25, 04, 21
21:00

Azərbaycan ordusunun 3 generalı vəzifəsindən azad edildi


Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərilib.

Müdafiə Nazirliyindən bildirilib ki, onlar - general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyevdir. Onlar yaşa görə ehtiyata buraxılıblar. 

Qeyd edək ki, Z.Hüseynov Baş qərargah rəisinin müavini, L.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi, R.Əliyev isə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın