Ulu öndər Heydər Əliyevə olan sevgim tükənməz xəzinədir - Nəcmiyyə Zeynalzadə

26, 04, 21
14:00

Ulu öndər Heydər Əliyevə olan sevgim tükənməz xəzinədir - Nəcmiyyə Zeynalzadə


Azerbaycanrealligi.com xəbər verir ki, Bu sözləri Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə sosial şəbəkədə etdiyi paylaşımında qeyd edib. Tarix 2008-ci il 20 may "Ulu öndərə Əbədi Məhəbbət" adlı tədbirdə iştirakım. Sizlərə 9 yaşlı Nəcmiyyə Zeynalzadənin Heydər Əliyev sevgisindən və 20 yaşında Tərtər Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı olmağından qısa danışacağam.

Hələ uşaqlıq çağlarımdan, orta məktəbdə oxuduğum illərdə Ulu Öndər Heydər Əliyevə qarşı olan böyük sevgim ilə seçilirdim. 9 yaşımda artıq dərk etmişdim ki, Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev tarixin ən böyük şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, ömürünü xalqına adamış böyük fədakar insan idi. O, siyasətin ən uca zirvəsində olan nəhəng şəxsiyyət və yalnız öz ömrünün müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində olan lider idi. Elə buna görədə dahi liderin həyatı, zəkasi, ömür yolu haqqında çox məlumata sahib olmağım, Heydər Əliyevə qarşı olan böyük sevgimin tükənməz xəzinəsinə çevrildi.

Nəcmiyyə Zeynalzadə

Artıq 22 yaşım var və mən Tərtər Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşıyam. Bununla fəxr edirəm! İllərin sevgisinin gələcəyimə işiq yolu olacağına inanırdım. Bu yolda mən hər zaman vətənimə layiqli vətənpərvər gənc, sədaqətli bir gənc olmaq üçün çalışmışam. Hər bir Azərbaycan gənci vətəninə sadıq vətənpərvər bir gənc olmalıdır. Azərbaycanı qaranlığdan işiğa qərq edən Ulu Öndər Heydər Əliyevin adına olan mərkəzdə çalışmağım böyük illərin sevgisinin sübutudur. Heydər Əliyevin həyat və ömür yolunun, hər gününün bir tarix olduğuna mən hər gün yenidən şahid oluram. Bu məni qürurlandırır və mənə güc verir. Çünki güclü Liderin yaratdığı güclü dövlətdə biz gənclər ancaq və ancaq güclü ola bilərik. Və buna görədə mən dövlətimə layiqli övlad olmaq üçün dayanmadan çalışıram və çalışacağam.!


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın