Növbədənkənar Fazil Məmmədov: Siyahını Eldar Mahmudovun başkəsənlərinə ötürürdü ki...

28, 04, 21
12:00

Növbədənkənar Fazil Məmmədov: Siyahını Eldar Mahmudovun başkəsənlərinə ötürürdü ki...


Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi xəbəri istər-istəməz onun uzun illər əsas himayədarı hesab olunan sabiq Vergilər nazir Fazil Məmmədovu da yada salmağa əsas verir.

Xatırladaq ki, 17 illik nazirliyi dövründə F.Məmmədov Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi. Əgər ölkənin ən talançı, korrupsiyalaşmış, ziyankar məmurlarının siyahısı hazırlansa, F.Məmmədovun ilk beşliyə düşəcəyi heç bir şübhə doğurmur.

Vaxtilə mətbuatda F.Məmmədovun nazir işlədiyi dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Ümumilikdə isə sabiq nazirin ölkəyə, dövlətə, xalqa, iqtisadiyyata vurduğu ziyan 10 milyarddan artıq olar ki, əskik olmaz. Onun rəhbərlik etdiyi nazirliyin həmin illərdəki “iş prinsipi”ni nəzərə alsaq, yuxarıda qeyd olunan məbləğlər kifayət qədər inandırıcı görünür.

F.Məmmədovun öz başına müavinlər, müşavirlər, idarə rəisləri və s. qismində topladığı sözün tam mənasında əsl quldur dəstəsinin Azərbaycanın sahibkarlıq, biznes mühitinə, iqtisadiyyatına, büdcəsinə və s. vurduğu ziyanı yalnız ermənilərin Ağdama vurduqları ziyanla eyniləşdirmək olar. Bəli, heç bir şişirtməyə yol vermədən deyə bilərik ki, F.Məmmədov və onun quldur dəstəsi ölkənin biznes mühitini Ağdam kimi düzləmiş, məhv etmişdi.
Bu mühit hələ günü bu gün də özünə gələ bilmir. Vəziyyət o yerə çatmışdı ki, bu quldur dəstəsi MTN adlı digər bir quldur dəstəsinə “pas atmaqla” məşğul idi, az-çox imkanı olan iş adamlarının sahibkarların siyahısını Eldar Mahmudovun başkəsənlərinə ötürürdü ki, Vergilər Nazirliyinin taladıqları azmış kimi, qalan var-yoxlarını da MTN əllərindən alsın. Bunu yalnız erməni xislətinə malik varlıqlar edə bilərdi .

Ancaq nə olsun, F.Məmmədov və ətrafındakılar hazırda öz keflərindədirlər, vaxtilə oğurladıqlarını, taladıqlarını yeməklə məşğuldurlar, hamısınıın biznesi, var-dövləti öz yerində. Bəzilərisə hələ də yüksək vəzifələrdədirlər. 

F.Məmmədovun özü də bütün əksər sabiq məmurlar kimi vəzifədən çıxarılandan sonra xəstəlik adıyla pərdələnib, taladığı vəsaitlərlə qurduğu biznes imperiyasının başındadır. Onun biznesinin bir hissəsi əlindən alınsa da, yenə “əlində-ovcunda” qalanların dəyəri yüz milyonlarla, bəlkə də milyardlarla ölçülə bilər.

Xatırladaq ki, F.Məmmədovun biznes imperiyasının bir hissəsi “Synergy Group” MMC şirkətlər qrupunda birləşmişdi, “ATAbank” da onun idi. Ötən il həmin bank bağlandı, nəticədə çoxlu sayda əmanətçiyə, iş adamına ziyan dəydi, bank əməkdaşları işsiz qaldı və s. Lakin F.Məmmədovun sərvəti, varidatı bu qeyd olunanlarla təbii ki, yekunlaşmır. Gəncədə xəstəxanadan tutmuş Şəmkirdə, Gədəbəydə, Bakıda saysız-hesabsız obyektlərə, müəssisələrə, bizneslərə, torpaq sahələrinə və s. qədər böyük varidata sahibdir.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın