Psixoloq şəhid və qaziləri təhqir edənlər barədə: Bu cür insanlar şəxsiyyət pozğunluğundan əziyyət çəkməyə başlayırlar

01, 05, 21
11:00

Psixoloq şəhid və qaziləri təhqir edənlər barədə: Bu cür insanlar şəxsiyyət pozğunluğundan əziyyət çəkməyə başlayırlar

Son vaxtlar sosial şəbəkələrdə şəhid və qazilərimizi hədəf alan təhqir xarakterli videolar cəmiyyət arasında geniş müzakirələrə səbəb olub.Belə ki, bəziləri bu tip insanlarda psixoloji problemin olduğunu deyir, bəziləri idə birbaşa hərəkətə keçərək zor tətbiq edir.

Maraqlıdır, bu konteksdə videolar paylaşan, şəhid və qaziləri təhqir edən şəxslərin məqsədi nə ola bilər?
 
Azerbaycanrealligi.com xəbər verir ki, Məsələ ətrafında Sfera.az-a danışan psixoloq Aytən Ələkbərovahər kəsi eyni görmə istəyinin psixoloji problemlə əlaqəli olduğunu bildirib:

"Hər bir insan bioloji varlıq olduğu kimi həm də sosial varlıqdır. Onların bioloji varlıq kimi psixoloji xüsusiyyətləri fərd termini, sosial varlıq kimi isə şəxsiyyət termini ifadə edir. İnsanın həyat fəaliyyətində iki cəhət bir-biri ilə uzlaşır. Normal, sağlam psixologiyaya sahib insan hər kəsi özü kimi qəbul etməyə başlayır. Bu zaman insanın fərd və şəxsiyyət kimi xarakteristikaları vəhdət təşkil edir. Onları isə eynilləşdirmək olmaz. Biz hər kəsi eyniləşdirib, eyni görmək istəsək, bizim fərd olaraq psixoloji problemlərimiz yarana bilər. Çünki fərd bioloji xüsusiyyətlərə malik heç kimə oxşamayan təbbi varlıq deməkdir".
 
Müsahibimiz təhqir xarakterli görüntüləri yayan şəxslərin mümkün məqsədlərindən də danışıb:

"Biz bu tip insanları bu formada qəbul edən zaman həmin şəxslərdə psixoloji problemlərin olduğu qənaətinə gələ bilərik. Məsələn, yayımlanan verilişi hərə bir cür qəbul edir. Qıcıqlandırıcı analizatora təsir edən zaman başqa analizator üçün səciyyəvi olan duyğu meydana gəlir. Bu cür insanlar isə şəxsiyyət pozğunluğundan əziyyət çəkməyə başlayırlar. Ancaq bunun fərqinə vara bilməyən insanların fikirlərə təsir edirlər. Deyə bilərik ki, şəhid və qaziləri təhqir edən şəxslərin psixoloji problemləri hiss və idrak orqanizmi ilə mühit arasındakı təsir prosesinin nəticəsi kimi meydana çıxır".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın