Ruhi Əliyeva: Bayramların ən gözəlini şəhidlərimiz, qazilərimiz və əsgərlərimiz sayəsində yaşadıq

11, 05, 21
12:00

Ruhi Əliyeva: Bayramların ən gözəlini şəhidlərimiz, qazilərimiz və əsgərlərimiz sayəsində yaşadıq


Azerbaycanrealigi.com xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva özünün facebook hesabında yazıb:

Günlər ötür, ay dolanır... Zaman su kimi axıb gedir... Amma zaman bizə "ZƏFƏR"imizin memarlarını, onların ailələrini, bizə onlardan qalan yadigarları unutdura bilməz!Unutdurmamalıdır! Hər bayramda, hər anımızda gücümüz yetdiyi qədər, əlimizdən gəldiyi qədər onların yanında olub, əllərindən tutmalıyıq. Çünki bayramların ən gözəlini məhz şəhidlərimiz, qazilərimiz və əsgərlərimiz sayəsində yaşadıq. Onları bir an olsun belə unutmamalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət etsin.


Azerbaycanreallligi.com

Bizimlə əlaqə saxlayın