Bayrağımıza hörmətsizlik edən rəqqas ÜZR İSTƏDİ

23, 05, 21
17:00

Bayrağımıza hörmətsizlik edən rəqqas ÜZR İSTƏDİ


Avroviziya-2021 musiqi yarışmasının yarımfinalında diqqətsizlikdən bayrağımıza hörmətsizlik edən xarici rəqqas Azərbaycan ictimaiyyətindən üzr istəyib.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişinin aparıcısı Azər Aydəmir canlı yayımda deyib:

“Xarici rəqqas “Avroviziya”nın yarımfinalında yaşanan bayraq qalmaqalına görə Azərbaycan ictimaiyyətindən üzr istəyib”.

Qeyd edək ki, yarışmada ifaçımızı müşayiət edən ukraynalı rəqqas əl çaldığı zaman bayrağımızı münasib olmayan vəziyyətdə saxlamışdı və bu, ciddi narazılıq doğurmuşdu.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın