Kəlbəcərdə mövqelərimiz yenidən düşmən tərəfindən atəşə tutuldu - RƏSMİ

12, 06, 21
09:00

Kəlbəcərdə mövqelərimiz yenidən düşmən tərəfindən atəşə tutuldu - RƏSMİ


İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələrinin mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub. 

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın