SOCAR-ın vəzifədən çıxarılan vitse - prezidentlərinin ölkədən çıxışına qadağa qoyulub?

29, 07, 21
12:00

SOCAR-ın vəzifədən çıxarılan vitse - prezidentlərinin ölkədən çıxışına qadağa qoyulub?


Prezident İlham Əliyevin  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 4 vitse-prezidentinin - Bəhram Hüseynov, David Məmmədov, Mikayıl İsmayılov və Tofiq Qəhrəmanovun  vəzifədən azad edilməsi haqqında imzaladığı müvafiq sərəncamlardan sonra, vəzifədən azad edilən vitse-prezidentlər haqqında redaksiyamıza məlumat daxil olub.

Azerbaycanrealligi.com-un elektron ünvanına daxil olan məlumatda bildirlir ki, vəzifədən azad edilən vitse-prezidentlərin ölkədən çıxışına qeyri rəsmi qadağa qoyulub. Verilən məlumata görə, sabiq vitse-prezidentlər ölkədən kənara çıxmaq istəsələr, onları geri qaytaracaqlar. Məsələ ilə bağlı adı çəkilən şəxslərin heç biri ilə  əlaqə saxlamaq mümkün olmadı. Xatırladaq ki, SOCAR-ın bir neçə vitse-prezidetinin vəzifədən azad olunması barədə məlumat da, rəsmi xəbərdən öncə cəmiyyətə sızdırılmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları zamanı Azərbaycandan kənarda qurulan neft müəssisələri, podratçı şirkətlər və xaricə neft və neft məhsularının satışı prosesində ciddi qanun pozuntularının, maliyyə maxinasiyalarının, vergidən yayınmaların üzə çıxması haqda ciddi informasiyalar yayılmışdır.

 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın