İrana casusluqda ittiham olunaraq Bakıda həbs edilən şəxslərə ağır cəza verildi- ÖZƏL

15, 08, 21
15:00

İrana casusluqda ittiham olunaraq Bakıda həbs edilən şəxslərə ağır cəza verildi- ÖZƏL

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət ittihamı ilə həbs edilən 1984-cü il təvəllüdlü Caməmməd Abubəkirov və 1988-ci il təvəllüdlü Heydər Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Azerbaycanrealligi.com xəbər verir ki, proses hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutub.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə Camməmməd Abubəkirov 16 il 6 ay, Heydər Məmmədov isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məlumata görə, adı çəkilən şəxslər Azərbaycanda yerləşən məscidlər, kilsələr və digər ibadət mərkəzləri ilə bağlı əldə etdikləri məlumatları İran xüsusi xidmət orqanlarına çatdırıblar.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın