SON DƏQİQƏ: Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başlayıb

25, 10, 21
15:00

SON DƏQİQƏ: Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başlayıb


Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb.

Bu barədə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Bildirilib ki, hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

AZƏRBAYCANREALIĞI.COM

Bizimlə əlaqə saxlayın