47 məhbus ailəsi İctimai Nəzarət Koalisiya sədri Rasim Məmmədov vastəsi ilə dövlət başçısı İlham Əliyevə müraciət etdi - FOTOLAR

30, 10, 21
11:00

47 məhbus ailəsi İctimai Nəzarət Koalisiya sədri Rasim Məmmədov vastəsi ilə dövlət başçısı İlham Əliyevə müraciət etdi - FOTOLAR


Bu gün bir qrup ana İctimai Nəzarət Koalisiyasına gəliblər. Gəlişin səbəbi isə dövlət başçısı İlham Əliyev cənablarına və 1-ci Vitse Prezident Mehriban Əliyevaya koalisiya vasitəsilə övladlarının əhv olunmalarına görə edəcəkləri müraciət olub. Xatırladaq ki, 2012-ci ildə 47 nəfər Azərbaycan Vətəndaşı müxtəlif vaxtlarda Türkiyə və Azərbaycan sərhədlərini qanunsuz keçərək Suriyada silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunublar.

Onların çoxusu istirahət etmək adı ilə Türkiyəyə getmiş sonra isə müəyyən şəxslər tərəfindən həvəsləndirici vədlər verilərək Suriyaya aparılıblar. Məhbus analarının verdikləri məlumata görə onlar yaxşı iş adıyla övladlarının xarici ölkəyə getməklərinə razı olublar. Müəyyən vaxtdan sonra isə onlar öz valideynləri ilə əlaqə saxlayaraq aldandıqlarını əslində başqa məqsədlə gətirildiklərini bildiriblər. Hətta onlardan biri yalan vədə inanaraq öz həyat yoldaşını da gözünü əməliyyat etmək arzusu ilə özüylə aparır. Lakin sərhədi keçdikdən sonra onları aparan adamlar naməlum şəraitdə yoxa çıxır və onları başqa adamlar qarşılayır. Artıq bundan sonra iş adıyla gedən adamlar əsl məqsədi başa düşürlər və hamısı evləri ilə əlaqə saxlayaraq Vətənə qayıtmaq üçün kömək istəyirlər. Onlar Suriyadan Türkiyəyə keçən kimi MTN tərəfindən həbs olunurlar və 13, 14 il həbs cəzası alıblar. Artıq həbs olunan 47 məhbus cəzalarının çox hissəsini çəkiblər. Eyni zamanda onların həbs olunması ciddi ailə problemlərinə səbəb olub, ailə qayğılarını artırıb. Məhkumun birinin anası dedi ki, oğluma görə işdən qovuldum, ailəmiz çox pis şəraitdə, çox pis vəziyyətdə yaşayır. Məhkumların çoxunun öhdəliyində azyaşlı övladları var. Bu gün onların ailə qayğıları yaşlı valideynlərinin üzərinə düşür. Hətta bir neçəsinin valideynləri rəhmətə gedib.

Analar İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov vasitəsiylə Dövlət Başçısı İlham Əliyev cənablarına, Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya qarşıda 8 Noyabr Zəfər günündə olacaq Qızıl Amnistiyada onların övladlarının da əhv olunmasına gprə müraciət etdilər. Analar hamısı övladlarının sərhədləri qanunsuz keçərək Suriyaya getməkdə günahkar olduqlarını etiraf etdilər. Onlar məhkumların cəzalarının çox hissəsini çəkdiklərini və qalan çəkilməmiş hissəsinin əhv olunmasını İctimai Nəzarət Koalisiyası vasitəsilə dövlət başçısına çatdırdılar.

İNK-nın Mətbuat xidmətinin əməkdaşı: Sevinc MURADOVA

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın