Anar Məmmədova xatırlatma...

30, 10, 21
12:20

Anar Məmmədova xatırlatma...

Huquqşunas Mübariz Məsimoğlu yazır...

Dostlar, yadınızdadımı, mənim Məlahət Qurbanova və Anar Məmmədov arasında baş verən məhkəmə barəsində yazdıqlarım? Anar Məmmədov iddia edirdi ki, Gəncə Apelyasiya Məhkəməsində Məlahət xanımı udub.  Barəsində danışılan  15 oktyabr 2021 - cı il tarixli Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-261/2021 saylı hökmü əlimin altındadır. Həmin hökmün qərara aldı hissəsində yazılır:

"Məmmədov Anar Şahin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Ağdam Rayon Məhkəməsinin 16 iyun 2020- ci il tarixli ,1(013) saylı hökmü dəyişdirilsin.

Hökümdən Məmmədov Anar Şahin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148- ci maddəsilə təqsirli  bilinməklə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə ona cəza təyin edilməsin.  

Məmmədov Anar Şahin oğlu Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 148 - ci maddəsi ilə təqsirli bilinməklə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə ona cəza təyin edilməsin.

Göründüyü kimi, Ağdam Rayon Məhkəməsinin hökmü müddət keçməsi səbəbindən dəyişdirilib. Amma Anar Məmmədovun 148- ci maddə ilə təqsirli bilinməsi hissəsi qüvvədə qalıb. Anar Məmmədov aldığı cəzadan nəticə çıxartmaq əvəzinə manipuliyasiya etməklə məşğul olur. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin 09.09.2021- ci il tarixli  digər qətnaməsilə Anar Məmmədov Məlahət Qurbanova barədə yazdıqlarına təkzib verməlidir. Həm öz  səhifəsində, həm də sayıtında. Qeyd edilən qətnamə icra icraatına verilib. 

Ancaq Anar Məmmədov nəyəsə, kiməsə arxayın olub  Sabunçu Rayon İcra   məmurunun çağırışlarına məhəl qoymur. Qanuni məhkəmə qətnaməsinin tələbini yerinə yetirməkdən imtina edir. Və sonra da barəsində qanuni tədbirlər görüləndə hara - həşir salacaq ki, qoymayın məni tutdururlar. Məncə, kimisə suçlamaqdansa, səhv yolda olduğunu anlaması yaxşı olardı...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın