Sumqayıtda "Əsgər heykəli"nin açılışı oldu

09, 11, 21
09:57

Sumqayıtda "Əsgər heykəli"nin açılışı oldu


Sumqayıt şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur.

"Azərbaycan Reallığı" xəbər verir ki, şəhərin Şəhidlər xiyabanında abidə kompleksinin və "Əsgər heykəli"nin açılışı olub.

Tədbirdə Sumqayıt, Qubadlı və Zəngilan rayon icra hakimiyyətlərinin rəsmiləri, deputatlar, şəhidlərin ailə üzvləri, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, sakinlər, ictimaiyyət nümayəndələri çıxış ediblər.

Mərasimdə şəhidlərin məzarı ziyarət edilib, üzərinə tər qərənfillər düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 510 şəhidin uyuduğu Şəhidlər xiyabanında yenidənqurma işləri aparılıb. Giriş hissədə postament üzərində Şəhidlar xiyabanı sözləri yazılıb. Hündürlüyü 30 metr olan dirəkdə Azərbaycan bayrağı dalğalanır. Ətrafı mərmərlə üzlənən fəvvarə kompleksi, 3 ədəd buta və ay ulduz formalı “Əbədi məşəl” kompleksi yaradılıb.

"Əsgər heykəli" Şəhidlər xiyabanının mərkəzi hissəsində qoyulub. Divarları mərmər və qranitlə üzlənib, döşəmələrə qranit vurulub. Ərazidə yaşıllıq örtüyü salınıb. İşıqlandırma sistemi daha da müasirləşdirilib.

AZƏRBAYCANREALLIĞI.COM
 

Bizimlə əlaqə saxlayın