Bakı metrosunda hadisə: Sərnişin relslərin üstünə düşdü

05, 12, 21
18:00

Bakı metrosunda hadisə: Sərnişin relslərin üstünə düşdü


"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə "Bakı metropoliteni" QSC məlumat yayıb.

Hadisə ilə bağlı dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

Sərnişinə ilkin tibbi yardım göstərilib.

12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub.

Aidiyyəti üzrə araşdırma aparılır.

AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın