Tanınmış şair Hikmət Mirzəyevi dəstək üçün çağırış etdi

19, 12, 21
12:00

Tanınmış şair Hikmət Mirzəyevi dəstək üçün çağırış etdi


Bir xalqı məhv etmək istəyirsənsə birinci onun qəhrəmanlarını gözdən salmalı, sıradan çıxartmalısan. Bu tarixin sözüdür. Tarix boyu belə olub. 

Diqqətli olmalıyıq! 

Əfsanəvi generalımız Hikmət Mirzəyevin evindən oğurluq edilməsi barədə məlumat yayılıb. Oğurluq edilib ya yox, bu, başqa məsələdir. Amma bu məlumatın yayılması xalqa və dövlətə nəsə demək cəhdidir. 

Hansısa qüvvələr xalqın beynində sual yaratmağa çalışır ki, bu qədər pul sənin qəhrəmanının evində nə gəzir? Dövlətə isə "sənin xüsusi təyinatlılarının komandirinin evindən oğurluq edərik" demək istəyir. 

Dövlət gərəkən cavabı verib ya da verəcək, bu öz yerində. Amma biz xalq olaraq nə olur olsun, öz generalımızı, qəhrəmanımızı qorumalıyıq. Baxışları ilə belə Azərbaycan deyən, Vətən deyən generalımızı kimsə ləkələyə bilməz. 

Səninləyik, Komutan!

Elşad Barat

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın