Qarşı tərəf sadalanan faktlarla bağlı mövqe bildirdi

05, 01, 22
10:31

Qarşı tərəf sadalanan faktlarla bağlı mövqe bildirdi

 
Hörmətli oxucular! Hər kəsin diqqətinə onu çatdırmaq istəyirik ki, bir neçə gün bundan öncə Bakı şəhəri, Yasamal rayonu, D. Bünyadzadə küçəsi, ev-4 ünvanında yaşayan Hüseynov Hüseyn Vaqif oğlu redaksiyamıza şikayət ərizəsi təqdim etmişdir. Adı çəkilən bu şəxs təqdim etdiyi şikayət ərizəsində yazır ki, “Mən 2002-ci ildə anası olmayan bir xanımla ailə həyatı qurdum və bu evlilikdən bizim iki oğlan, bir qız övladımız dünyaya gəldi. 2005-ci ildə mənə məlum oldu ki, qaynənəm Rüstəmova Solmaz Aqakərim qızı 1998-ci ildə başqa bir qadınla, yəni Qədırova Solmaz Əlövsət qızı ilə evdən qaçır və bu gün də onlar Sabunçu rayonu ərazisində birlikdə yaşamaqdadırlar. Qaynatam dünyasını dəyişdikdən sonra peyda olan qaynənəmlə həyat yoldaşmın görüşməsinə heç cür imkan vermirdim.

2021-ci ilin yanvar ayında anamın etdiyi təkid əsasında həyat yoldaşmın anası Solmaz Rüstəmova ilə görüşməsinə razılıq verdim. Dörd gündən sonra həyat yoldaşım evə qayıtdı və məndən ayrılmaq isdədiyni bildirdi. Mən heç cür razı olmadım və bu yöndə israr etməyimə baxmayaraq, 2021-ci ilin iyun ayında həyat yoldaşım 14 yaşlı qızımı və 10 yaşlı oğlumu evdən götürüb qaçırır və hər iki övladımı Binəqədi rayonu ərazisindəki Qadın və Uşaq Sığınacağına yerləşdirir. Bir sözlə, Hüseynov Hüseyn Vaqif oğlunun redaksiyamıza təqdim etdiyi şikayət ərizəsi əsasında, 30 dekabr 2021-ci il tarixdə Gundemxeber.az saytında “Üç övlad atası Mehriban Zeynalovanın sığınacağını “ağ yuyubqara sərdi”- ŞOK İTTİHAM” başlıqlı məqalə yayımladıq. Belə bir başlıq adı altında məqalə yayımlandıqdan sonra, sadalanan faklarla bağlı qarşı tərəf öz mövqeyini redaksiyamızın elektron poçtuna göndərib yayımlanmasını xahiş etdi. Biz də bir media qurumu olaraq KİV haqqında Qanunun tələblərini əsas tutaraq, qarşı tərəfin göndərdiyi mövqenin heç bir nöqtə və vergülünə toxunmdan, məhz onu olduğu kimi yayımlamağı özümüz üçün borc bildibildik.

Qarşı tərəf: “Temiz Dünya Təşkilatı 1994 cü ildə yaranıb Mehriban Zeynalova Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində Qurbanlara yardım fondunun Sədridir.Bilirsiz anlayırıq ki yazı nə məqsədlə yazılıb ancaq biz indiyədək arxamızda çirkli bir iş görməmişik və buna görə də hər zaman rahatıq.Paylaşdığınız videoda uşaqları öz anası məktəbdən gətirir.

Biz uşaqları və təhlükədə olan şəxsləri heç bir zaman açıq şəkildə paylaşmırıq.Uşaqların atası ilədə dəfələrlə normal şəkildə danışlıb izah edilib.Şəxsə cinayət işi açlıdıqdan sonra belə qarayaxma kompaniyalara başlaması başa düşüləndir.Ancaq sizdə özünüzü bu işin içində alət etməsəz gözəl olardı.Məhkəmə ilə qətiyyən hədə qorxu gəlmirik.Sadəcə izah etməyə çalışdıq ki belə şəkildə uşaqların üzünü açıq aşkar göstərərək,xəbər yayınlamaq düzgün deyil.Biz heç kimlə heçvaxt savaş aparmamışıq və bütün jurnalistlərə sonsuz hörmətimiz var.Hazırda şəxslə bağlı Daxili İşlər Nazirliyində yəni bu çıxarılan yazı ilə bağlı araşdırmalara başlanılıb.Əgər bizim zərrə qədərdə günahımız olarsa ailəni zədələmək,dağıtmaq,uşaqları istismar etmək qanun qarşısında mütləq cavab verməyı hazırıq.

Yenə bildiririk ki Mehriban Zeynalova İnsan Alverinə qarşı Mübarizə idarəsinin əməktaşıdır və bir başa belə hallarla hər zaman mübarizə aparan insandır.Məqaləsini dərc etdiyiniz insanın səs yazıları telefon danışıqlarında Mehribam xanıma ana deyərək kömək etməsini istədiyidə var.Yəni vəziyyət belədir.Heç kimin işinə mərdimazarlıq etmərik sadəcə nüfuzumuzuda heçkimin qarşısında alçatmağa çalışanlarada imkan vetməyəcəyik.Bu qədər.İşlərinizdə daim uğurlar arzu edirik!”

AZƏRBAYCANRELLIĞI.COM 

Bizimlə əlaqə saxlayın