Əsabəli Mustafayev: “Bir-iki ilə Azərbaycan həbsxanalarında boş yer qalmayacaq

29, 01, 22
18:00

Əsabəli Mustafayev: “Bir-iki ilə Azərbaycan həbsxanalarında boş yer qalmayacaq


Yazılmamış qanunlarla narkotacirlər ailə üzvlərini bu işlərə qatmazdılar, onları bu "sərfəli biznes"dən uzaq tuturdular. Amma indi bəzən bütöv ailə narkotik satışı ilə məşğul olur. 

"Azərbaycan Reallığı" xəbər verir ki, vəkil Əsabəli Mustafayev "ailə biznesi"nin ölkədə maddi rifahın aşağı düşməsi ilə əlaqələndirib:

“İnsanlar iş, qazanc tapa bilmədikləri üçün müxtəlif cinayət əməlləri ilə məşğul olur və daha çox gəlir əldə etmək üçün ailə üzvlərini də bu cinayətə cəlb edirlər. Ailəyə daha çox etimad etdikləri üçün narkotacirlər başqaları ilə işləmək istəmir. Düşünürlər ki, başqaları satqınlıq, xəbərçilik edə bilər. Təcrübədə də görürük ki, bu cür hallar çoxalıb".

Vəkil əlavə edib:

"Bu hallar pandemiya dövründə daha da çoxalıb. Çünki çoxlu müəssisə bağlanıb. İnsanların bir qismi əyri yola yönəlməyə məcbur olub. Əvvəllərdə bu hallar var idi, lakin çox açıqlanmırdı. Yəni narkotiklə mübarizə güclü deyildi.

Etiraf edək ki, son vaxtlarda narkotik satışı ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyəti ciddiləşib. Çünki ölkədə böyük bir bəla çevrilib. Uşaqlar, gənclər narkotikə aludə olub.

Unutmamalıyıq ki, bu bəlanın yayılması yalnız narkomanların yox, digər cinayətlərin də sayını artırır. Məsələn, oğurluq, dələduzluq, qətl. Bu cinayətlərin yayılması isə cəmiyyəti narahat edir. 

Narkotik aludəçiliyi indiki templə inkşaf etsə, bir neçə ilə həbsxanalarda olanların sayı 3-4 dəfə artacaq. Bu isə ölkənin gələcəyi üçün təhlükədir”.(Yenisabah.az)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın