Atəşgah sığorta şirkətinin əndirabadi gərkəckləri: Atəş səpərək yandırıb kül edir - ŞİKAYƏT

17, 02, 22
10:00

Atəşgah sığorta şirkətinin əndirabadi gərkəckləri: Atəş səpərək yandırıb kül edir - ŞİKAYƏT


Hörmətli media və hörmətli dövlət orqanları sizləri narahat etməkdə məqsədim analoqu olmayan, həqiqət axtarışında bircə kəlmə adı çəkilməyən qanundan, qaydadan məsuliyyətdən uzaqlarda dolanmaği özünə bir çıxış yolu seçən Atəşgah sığorta şirkətinin əndirabadi hallarını çatdırmaqdır.

Adını qeyd etdiyim bu şirkətin işi və gücü, günü və güzaranı maddiyyət cəhətdən kasıblamış bir xalqın "sığorta haqqı adı" altında  millətin pulun yixmaqla məsğuldur. Amma hər hansı bir hadisə nəticəsində zərərçəkmiş şəxsə sığorta ödənişi ödəməyə gəldikdə Atəşgah sığorta şirkəti hadisədə yaralanmış sağlamlığını itirmiş zərərçəkmişin alayarimciq bədəninə suyu səpmək əvəzinə Atəşgah sözündəki Atəşi səpərək yandırıb kül edir. Mən gənc bir yazar olaraq Atəşgah sığorta şirkətinin etdiyi ədalətsizlikləri dəyişdirə biləcəyimi düşünmürəm çünki bu şirkətin etdiyi ədalətsizlik bərpa olunası bir ədalətsizlik deyil həmdə ki vaxtında bərpa olunmayan ədalətə ədalət demək özü bir ədalətsizlikdir amma mən  Atəşgah sığorta şirkətinin etdiyi hər bir ədalətsizlik qarşısında duruşuğumu dəyişdirməyi tam düşünürəm. Deməli mən bu şirkəti bu yazimla biraz keçmişə qaytarıb keçmişdə etdiyi  ədalətsizliyi bərqərar etməyə səsləyirəm. 

Deməl 05.04.2013-cu ilə Mazda 6 markalı 10XL025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün  məsuliyyəti  ucbatından bir azyaşli uşaq və birdə kifayət qədər yaşı olan ağsaqqal şəxsi yəni Qaflanov Cabiri vuraraq bir cinayət hadisəsi törədir. İstintaq zamanı Qaflanov Cabirin hüquq varisi qismində  tanınan şəxs mərhumun oğlu  Qaflanov Murad Cabir oğlu olur. Bütün istintaq zamanı və sonda  məhkəmə höküm çıxarılarkən Qaflanov Murad zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Lakin Atəşgah sığorta şirkəti 22.09.2015- çi ildə tam olaraq  hüquqi çatmayan şəxsə Qaflanov Cabirin vəfatı ilə bağlı 5000 manat guya tam ödəniş verir. Və hələ də  etdiyi ədalətsizliyə haqq qazandıraraq rəsmi məktubla bildiri ki, guya Qaflanov Cabirin vəfatı ilə bağlı 5000 manat sığorta ödənişini alan şəxsin təqdim etdiyi ailə tərkibin arayışda Qaflanov Cabirin övladları haqqda bir məlumat yoxdur. Hörmətli yarrı yaraşıqlı Atəsgah sığorta şirkəti dəyək ki bəli ailə tərkibi arayışda mərhumun övladları haqda heç bir məlumat yoxdur. Bəs 15 vərəqlik Hökümdə Qaflanov Cabirin hüquq varisi olan oğlu  Qaflanov Muradın adı bəlkə 15 dəfə çəkilib  15 dəfə çəkilən bir adamı da gormədinizmi? Yoxsa görüb nəyinsə müqabilində 15 dəfə adı hallanan adamı  ölü hesab etdiniz.  Sizcə bu ədalətsizliyin, qanunsuzluğun pik həddi deyilmi? 

27.07.2013-cu il tarixində 90RJ572 və 90RG875 dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verir. Hadisə vaxtı bir az yaşlı körpə vəfat edir və iki sərnişin yaralanır. Nədənsə yaralana sərnişinlərin birinə dəymiş ziyan axır nəhayət güc bəla ilə ödənilir.digər yaralana sərnişinin sığorta ödənişini verilməsi üçün sığortaya aid olmayan bir quruma yəni sığortanın təhlükəsizliyinə verilir.  Lakin vəfat edənin şəxsin hüquqi varisinə yəni M.M.Ə oğluna sığorta ödənişi həftələrdir ki ödənilmir. Ödəniş ödəməməyin adını qeyri-rəsmi olaraq qoyur ki, araşdırma gedir.

İşçilərinizdə bildirir ki, biz hüquqi varisin etibarnamə üzrə nümayəndəsinə məlumat ver bilmərik. Yəni siz Notarial kontorun verdiyi etibarnəmin tanımırsiniz. Deməli siz hələ dövləti tanımırsınız. Çünki Notarial kontor dovlətin tərkibində Cənab İlham Əliyevin sərəncamı ilə fəaliyyət göstərən bir qurumdur. Bəs bu qədər haqsızlığa ədalətsizliyə nə ad qoymağı düşünürsüz barı?

Saytmıza Atəşgah sığorta şirkətinin Nərmin adlı məhsul əməkdaşından xeyli şikayətlər daxil oub araşdırma yaznı növbəti saymızda oxucularmıza təqdim edəcəyik

Hələ ki bura qədər. Yazının ardı var.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın