RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİ İLƏ “TORPAQ DAVASI” – Əliabbas Yasavullu keçmiş AMEA rəhbərinə müraciətində nə yazmışdı

21, 02, 22
16:30

RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİ İLƏ “TORPAQ DAVASI” – Əliabbas Yasavullu keçmiş AMEA rəhbərinə müraciətində nə yazmışdı


AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmş deputat İlham Əliyevin adı növbəti qalmaqalda hallanır. Bu barədə Əliabbas Yasavullu özünün “Facebook” səhifəsində yazır. Onun sosial şəbəkə üzərindən İ.Əliyevə müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli İlham müəllim!


Sizə də məlum olduğu kimi, 23.06.2021-ci il tarixdə, aşağıdakı məzmunlu teleqramla, hörmətli Ramiz Mehdiyevə müraciət etmişdim:

"Hörmətli Ramiz müəllim!

Bir ağsaqqal kimi, Sizə müraciət edərək, qızınızın həyat yoldaşı-İlham Əliyevlə aramızda olan torpaq mübahisəsinin sülh yolu ilə həllində köməklik göstərməyinizi və bununla əlaqədar məni şəxsən qəbul etməyinizi xahiş edir və əvvəlcədn də dərin minnətdarlığımı bildirirəm".

Bu müraciətdən sonra, 25.06.2021-ci il tarixdə, saat 12-53-də, istifadənizdə olan telefon vasitəsi ilə, istifadəmdəki telefona zəng etdiniz və hörmətli Ramiz müəllimi, bir daha narahat etməməyimi rica etdiniz.

Sizin, bu ricanızdan sonra, hörmətli Ramiz müəllimə olan sonuncu - 29.06.2021-ci il tarixli müraciətimdə, aramızdakı mübahisə, həmçinin, son telefon danışığımız barədə, çox qısa şəkildə məlumat verməklə yanaşı, məhz xahişiniz nəzərə alınmaqla, müraciətin sonunda aşağıdakı kimi qeyd də etdim:

"Növbəti narahatlığa görə Sizdən üzr diləyir və bu məsələ ilə əlaqədar, ünvanınıza hər hansı müraciətin göndərilməsinə son qoymaqla, bir daha Sizi narahat etməyəcəyimə söz verirəm".

Yuxarıda göstərilənlər barədə məlumat verərək, onu da qeyd etməyi zəruri hesab edirəm ki, bu müddət ərzində, nəinki, hörmətli Ramiz Mehdiyevi narahat etmədim, ümumiyyətlə, Sizinlə bağlı digər müvaafiq orqanlara da, heç bir məlumat da vermədim, yəni, sözümə sadiqliyimi bir daha isbat etdim.

Göstərilənləri nəzərə almağınızı rica edir və əvvəlcədən dərin minnətdarlığımı bildirirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın