NATO təcili iclas keçirir

24, 02, 22
12:00

NATO təcili iclas keçirir


NATO Rusiyanın Ukraynaya hücumları fonunda təcili iclas çağırıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, alyansın Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücumu ilə bağlı bəyanat yayıb.

“Mən Rusiyanın saysız-hesabsız dinc əhalinin həyatını təhlükə altına ataraq Ukraynaya qarşı ehtiyatsız və əsassız hücumunu qətiyyətlə pisləyirəm.

Dəfələrlə xəbərdarlıq etməyimizə və yorulmaz diplomatik səylərimizə baxmayaraq, Rusiya suveren və müstəqil ölkəyə qarşı təcavüz yolunu seçib”, - Baş katib vurğulayıb.

AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın