Şahbaz Quliyevə cinayət işi açıla bilər?

08, 04, 22
10:37

Şahbaz Quliyevə cinayət işi açıla bilər?


“Şahbaz Quliyevin hərəkətlərində şantaj elementinin olması ilə bağlı hüquqi qiymət veriləndən sonra demək olar ki, bu əmələ görə hansı cəza nəzərdə tutulub və hansı cinayət əməlinin tərkibi yaranır”. 

Bu sözləri "Azərbaycan Reallığına" açıqlamasında Vəkillər kollegiyasının üzvü Rəşad Əliyev bu gün videogörüntüsü yayılan, erməni əsirliyindən xilas edilmiş Şahbaz Quliyevin hərəkətlərində cinayət əməlinin olub-olmaması haqda sualı cavablandırarkən deyib.

“Videoya baxdım, sadəcə videonun sonu məlum deyil. Kimin haqlı olub-olmadığı bilinmir. Bunu birinci hüquq-mühafizə orqanı araşdırmalıdır. Buna hüquqi qiymət verilməsi istintaq orqanına məxsusdur. Mən belə bir səlahiyyətə malik deyiləm. 

Şantaj faktının olması ilə bağlı hüquqi qiymət veriləndən sonra demək olar ki, hansı cəza nəzərdə tutulub və hansı cinayət əməlinin tərkibi yaranır”.

Xatırladaq ki, Ş. Quliyev “Proqress-2016” MMC-nin Emin Səməndərovu şantaj edərək ondan qeyri yaşayış sahəsi tələb etməsi haqda video görüntülər yayılıb. 

AZƏRBAYCANREALLIĞI.COM    




Bizimlə əlaqə saxlayın