Nazir Xocalıya yeni rəis təyin etdi

11, 04, 22
12:00

Nazir Xocalıya yeni rəis təyin etdi


Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Əliyev Ramin Vitali oğlu təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞDYP bölməsində çalışıb.

Xocalı DYP-nin əvvəlki rəisi Nemət Məmmədov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri əsasında yaş həddi səbəbilə təqaüdə göndərilib. (Unikal)

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın