Şairlərin ürəyi özündən böyük olur - Yeganə Bağırovanın Yeni Şeirləri

14, 04, 22
08:00

Şairlərin ürəyi özündən böyük olur - Yeganə Bağırovanın Yeni Şeirləri


Şairlərin ürəyi özündən böyük olur...
Həm də incədən incə.
Çiçəyin ləçəyi kimi çırpınır şair ürəyi.
Şairlərin şeirləri gözəl,həyatları bərbad olur!
Dünyaya sığmayan arzuları çırpınır ürəyində.
Sevgiləri xəyala çevrilir,
Ümidləri bir bir daşa dəyir!
Alnında qırışları,alın yazısı kimi.
Kədər gizlənir gözlərinin dibində!
Şairlərin təbəssümü sirli,baxışları sehirli olur.
Ürəyinə od salır baxanların,qəribə baxışları!
Dünyanın dərdləri dolur,boşalır ürəyinə...
Hər kəsin dərdini,sevgisini özündən yaxşı duyur!
Şairlərin ürəkləri qocalmır heç vaxt...
Öz dünyasında uydurur su pərisini...
Öz dünyasında uydurur ağ atlı şahzadəsini!
Sonra nağılı qoyub,həyata qaçır sevdikləri!
Bir dünya uydurur hər gün özündən şairlər!
Yazdığı şeirlərdə yaşayır,yazdığı şeirlərdə ölür şairlər!

Biri var

Biri var,bu dünyada,nağıl kimi...
Biri var,bu dünyada,şeir kimi...
Biri var,bu dünyamda,ürək kimi duyğulu...
Biri var,çiçək kimi uykulu...
Körpə kimi mürgülü...
Dünyadan xəbərsiz...
Sevgidən də dərin,mənalı...
Sevilmək qədər gözəl,hissiyyatlı...
Mərhəmət qədər uca,ürək kimi dəli...
Qala kimi əzəmətli,
Külək kimi coşqun,səsli,haraylı,ünlü...
Çırpılır dostlara,dalğa kimi təlatümlü...
Əfsanələr varmış inandırdı məni.
Bax,bu şeirdə sığmadı,
Sığışmır yerə göyə.
Dostluğa sevgiyə sığmır.
Hansı ölçülərə sığır bilmirəm!
Bu şeri də...nə isə yazammadım. 
Sehirli bir dünyanı necə yazım?!...

Balıq Qadın

Dəniz kimi qadın-Balıq qadın...
Dəniz kimi sevgisi,
Təlatümə gətirər ürəyini!
Haray çəkər sevgiyə möhtac duyğuları,
Ac qağayılar təki!
Sevgiyə ac ürəyi çırpınır balıq kimi...
Bir təsəlliyə möhtac olar,
Bəzən bir delfin kimi!
Qutu-qutu otaqların divarına çırpınır dalğa kimi!
Qızıl balıq kimi öz şahzadəsini gözləyər...
Bəzən dalğa qayaya çırpınan kimi,
O da öz sevgisinə çırpılıb,ölmək istər.
Bəzən balıq kimi atılmaq istər sevgilisinin toruna,balıq qadın!
Çırpınır taleyin əlində bir qadın balıq!
Bilirsənmi? Görürsənmi?

Səndən başlayır əlifbam 

"Y" həriflərindən başlayır indi,əlifbalar mənimçün.
"Y" hərifiynən başlayır sevgi bildirən sözlər.
Çaşıram hərdən atama "yata" deyirəm!
Sabah sözü çoxdan yarın olub.
Sən demə "hərfi" i də  sevdirir sevgi ilahi!
"Y" ilə başlayır sözlərin çoxu...
Çaşıram uşaq kimi hərdən.
Yenidən höcətliyirəm sözləri.
Röya-yuxu olub,ulduz-yıldız...
Təəccüblənir ətrafımdakılar:-
Ya Əli,Ya Allah deyirəm!
Çıxıram vəziyyətdən!
Adlar əcaib düşür dilimə.
Uşaq vaxtı "R" hərfi ilə başlayan  sözləri 
"Y" hərfi ilə deyərdim...
Bax yenə uşaq kimiyəm...

AZƏRBAYCANREALLIĞI.COM   


Bizimlə əlaqə saxlayın