Emin "444"-ü öldürən dünya çempionunun bəraəti ləğv edildi. Digər təqsirləndirilən şəxsə daha ağır cəza verildi - VİDEO

17, 04, 22
10:00

Emin "444"-ü öldürən dünya çempionunun bəraəti ləğv edildi. Digər təqsirləndirilən şəxsə daha ağır cəza verildi - VİDEO


Ötən gün Bakı Apeliyyasiya məhkəməsində "Emin 444" kimi tanınan Emin Səfərovun məhkəmə prosesi keçirilib. Təxminən 4 saata yaxın davam edən gərgin məhkəmə prosesində iş üzrə yekun qərar elan edilib. Hakim Habil Məmmədovun sədirlik etdiyi məhkəmə kollegiyası yekun qərara əsasən qətilə yetirilmiş Emin Səfərovu Bakı Ağır Cinayətlər məhkəməsindən bərait almış Kinkboks üzrə dünya çempionu Zaur Yusifovunda qətildə işdirak etməsi öz təsdiqini tapıb. Belə ki hökmə əsasən Zaur Yusifova verilmiş bəraət hökmü ləğv olunaraq 18 il həbslə əvəz olnub. Zaur Yusifov bir neçə gün bundan əvvəl öldüyü üçün ona təyin olunmuş həbs cəzasının icratına xitam verilib. Daha sonra iş üzrə təqsirləndirilən qətlin iştirakçılarından olan Həsən Tağıyevin də cəzası ağırlaşdırılıb.

Belə ki, ona Bakı Ağır cinayətlər məhkəməsinin təyin etdiyi 18 il həbs cəzası dəyişdirilib. Cəza olduğu kimi qüvvədə qalib amma cəzasının 3 ilini Qobustan qapalı təcridxanasında çəkməsi haqqında əlavə qərar qəbul olnub. Daha sonra isə bu iş üzrə ilkin qərar vermiş Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi İlham Mahmudovun sədirlik etdiyi kollegiya haqqında da xususi qərar çıxarlıb. Onlar məhkəmə istintaqında yol verdikləri nöksanlara görə, barələrində məhkəmə hüquqşurasına onların əməllərinin araşdırıb cəzalandırılmaqları barədə qərar çıxarılıb.

Qeyd edək ki, təxminən 3 il bundan əvvəl Bakının Binəqədi rayonunda səs küylü cinayət hadisəsi baş vermiş, Emin Səfərov 78 bıçaq zərbəsi ilə qətilə yetirilmişdir.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın