Natavan Bayramova işinin öhdəsindən gələ bilmir - Jurnalistlər Cavid Qurbanovdan üz döndərib - İDDİA

22, 04, 22
11:00

Natavan Bayramova işinin öhdəsindən gələ bilmir - Jurnalistlər Cavid Qurbanovdan üz döndərib - İDDİA


"Azərbaycan Reallığına" daxil olan məlumata görə Kəlbəcər rayon Ağdaban kəndinin 30-cu faciəli ildönmü ilə bağlı bir neçə gün bundan əvvəl Nizamı kinoteatırında xususi tədbir təşkil olnub. Tədbirin təşklatçılarından biri də Dədə Şəmşir ocağı olub, lakin tədbirdən öncə jurnalistlər tədbir təşkilatçılarnı məyus edib. Məlumatlı mənbə bildirir ki, tədbirlə bağlı telekanallar və jurnalistlərə zəng edib təbdirin vaxtını xatırladıb dəvət edən Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova onlardan müsbət cavab ala bilməyib, jurnalistlər işlərinin çox olduğundan təşkil olunan tədbirdə iştirak edə bilməyəcəklərini bildiriblər.

Daha sonra əlacsız qalıb işinin öhtəsindən gələ bilməyən Natəvan Bayramova Prezident Administrasiyasının məsul şəxslərindən birinə zəng edərək jurnslistlərin bu hərəkətindən gileyləndiyini telekanallar və xəbər saytları onun sözünü eşitmədiyini bildirib. Məsul şəxs isə Jurnalistlərin sərbəst azad faliyyət göstərdiklərini onlarla iş pirinsipinin normal qurulması yalnız qurumların mətbuat xidmətinin öhtəsində olduğunu Natəvan Bayramovanın diqqətinə çatdırıb bir daha bu məsələ ilə bağlı onları narahat etməməsini məsləhət görüb. Mənbə bildirir ki, bu da Cavid Qurbanovun tezliklə vəzifəsini itirəcəyinə bir yaşıl işıqdır.

Natavan Bayramova

Amma bütün bunlara baxmayaraq tədbirin keçirilməsində Cavid Qurbanova yaxınlıği ilə seçilən bir-neçə jurnalist və telekanalın iştirakına nail olublar. Sözü gedən tədbirdə Cavid Qurbanov  jurnalistlərə verdiyi açıqlama zamanında maraqlı anlar yaşanıb. O, çıxışı zamanı müşahidə olunan filmə kino deyib bu da tədbirdən sonra media nümayəndələrinin rişxəndli dodaq altı gülüşünə səbəb olub. Qeyd edək ki, son zamanlar Dəmir Yolları ilə bağlı və onun “şef”i Cavid Qurbanovla bağlı xəbər saytlarında tənqidi yazılar bitib-tükənmək bilmir. Mənbə bildirir ki, daxili narazlıq da artıq pik həddə çatıb işçilərin aylıq əmək haqqını vaxtlı-vaxtında verilməməsi Dəmir Yollarında işləyən uzun müddətli işçilərin qeyri-qanunu olaraq ixtisar adı ilə uzadılması narazlığın pik nöqtəsindədir. Hətta yaxın zamanlarda qurumun ləğv olunub hansısa quruma bilrləşdiriləcək müzakirələrdə gündəmdədir. 

Cavid Qurbanov üçün arzuolunmaz dönəm start götürüb. Bununla bağlı ilk informasiyalar yayılıb. Artıq mövqeləri kiafyət qədər zəifləyən Qurbanov  ətrafında formalaşdırdığı şəbəkəyə aid məmurları da qorumaq iqtidarında deyil. Bu barədə məlumatlı mənbə danışır. 

Cavid Qurbanov

Cavid Qurbanov ləğv edilmiş “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzovanın da himayədarı kimi tanınırdı. Bir neçə gün bundan əvvəl Pərvanə Novdurzova barəsində həbs qərarı çıxarılıb. O, 19 -cu polis bölməsinə təhvil verilib. Cavid Qurbanovun ən yaxın adamı Pərvanə Novruzova ilə yanaşı iki oğlu da artıq həbs edilib. Onların dələduzluqda ittham edildiyi bildirilir.

"Azərbaycan Reallığı" adı çəkilən hər bir şəxsin mövqeyini tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın