"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" Vilayət Eyvazova muraciət etdi - 22-ci Polis Bölməsinin rəisin cəzalandırılmasın xahiş edirik.

04, 06, 22
08:00

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" Vilayət Eyvazova muraciət etdi - 22-ci Polis Bölməsinin rəisin cəzalandırılmasın xahiş edirik.


Vəkillər Kollegiyasının üzvü-vəkil Bəxtiyar Hacıyev Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində zorakılığa məruz qalıb. 

Belə ki, vəkil Bəxtiyar Hacıyev müvəkkili ilə birlikdə polisin çağırışı əsasında Polis Bölməsinə gedərək hüquqlarını qoruduğu şəxsin müdafiəsini təşkil etmək, peşə fəaliyyətini yerinə yetirərkən, 22-ci Polis Bölməsinin  rəisinin göstərişi ilə vəkil Bəxtiyar Hacıyev zorakılıqla Polis Bölməsindən çıxarılmışdır. Bununlada vəkilin peşə fəaliyyətinə imkan verilməmiş, müvəkkilinin müdafiə hüququ pozulmuşdur. 

Bölmə rəisinin qanunları bilməməsi, polis adına yaraşmayan hərəkətlər etməsi onu göstərir ki, Daxili İşlər Nazirliyi polis orqanlarında, ciddi maarifləndirmə və islahatlar aparmalıdır. 

Əks təqdirdə 22-ci Polis Bölməsinin rəisinin polis adına yaraşmayan hərəkətlər etməsi gələcəkdə polis əməkdaşları arasında nizamsızlığa gətirib çıxardacaq və bu da getdikcə polis orqanlarının kriminallaşmasına rəvac vermiş olacaq.
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov cənablarından vəkil Bəxtiyar Hacıyevə qarşı vəzifə səlahiyyətini aşmış 22-ci Polis Bölməsinin rəisinin cəzalandırılması barədə müvafiq göstəriş verməyini xahiş edirik.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın