Ayaz Arabaçıya xalq şairi adı verildi

09, 06, 22
09:00

Ayaz Arabaçıya xalq şairi adı verildi


Azərbaycanın tanınmış şairlərindən olan Ayaz Arabaçıya Özbəkistanın XALQ ŞAİRİ  adı verilib. "Azərbaycan Reallığı" xəbər verir ki, bu haqqda Özbəkistan Yazıçılar İttifaqı məlumat yayıb.

Ayaz Arabaçı kimdir?

Ayaz Arabaçı 1967 - ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984 -cü ildə Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir.

1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir.

Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür.  

6 şeir kitabın  "Ömrümdən  kəsdiyim günlər", "Bir gün həsrət gəlsə", " Dünyaya sevgim var", "Uzaq üfüqlərə aparan cığır" Lirika, sevgi şeirləri"
"Ümidlər puça çıxır" kitablarının müəllifidir.

1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. Çoxlu sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın