İranın əyalət mollası Azərbaycana yeni BÖHTAN ATDI: Sapı bizdən olan BALTA...

03, 09, 22
16:00

İranın əyalət mollası Azərbaycana yeni BÖHTAN ATDI: Sapı bizdən olan BALTA...


“Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma buna əmin olun ki, o diyarın Əli şiələrı alınıb-satıla bilən deyil. Azərbaycanın dəyərli xalqından soruşmaq istəyirəm ki, ölkənizdəki anti-İran kampaniyasının kimin əli ilə idarə olunduğu haqda düşünürsünüz?”

"Azərbaycan Reallığı" “Azad İran”a istinadən xəbər verir ki, bunu İranın dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və imam cüməsi Seyid Həsən Amili cümə namazının xütbəsində deyib.

“Heç düşünmüsünüz ki, onların bu kampaniyanı aparmaqda məqsədi nədir və heç düşünmüsünüzmü, niyə dünyanın hər bir yerində, Azərbaycandan başqa, yaxşılığın cavabı yaxşılıqla verilir?”, – deyə Amili əlavə edib.

O, Laçının və Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılması münasibətilə Azərbaycan xalqını təbrik edərək deyib:

“Allahdan arzum budur ki, Azərbaycanın işğal olunmuş bütün əraziləri tez bir zamanda Azərbaycana qaytarılsın.”

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın