Vilayət Eyvazov yeni təyinat imzaladı

19, 10, 22
17:00

Vilayət Eyvazov yeni təyinat imzaladı


Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) rəis müavini təyin edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Farid Vəliyev şöbənin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Vəliyev bu təyinatadək Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsində çalışıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın