Bu xanım gömrükdə rəis oldu - FOTO

29, 10, 22
18:00

Bu xanım gömrükdə rəis oldu - FOTO


Dövlət Gömrük Komitəsində idarə statusunda yeni şöbə yaradılıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Məxfi sənədlərlə iş şöbəsi yaradılıb və Əsədova Rüfanə Salman qızı rəis təyin edilib. 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın