SADƏ VƏ ALİ İNSAN

09, 04, 23
20:17

SADƏ VƏ ALİ İNSAN


Xeyli zamandır mənə çox yaxın və  əziz olan,  gülərüz və işıqlı bir insan  haqqında bir neçə kəlmə söz demək arzusunda olmuşam..!

Düzü, hərdən əlimə qələm alıb, bu dost insan haqqında nəysə yazmaq istəyəndə, təlaşlı bir aura mənə üstün gəlir. Ona görəki, mənim bir neçə  şəxslərlə, apardığım müsahibə və araşdırmalarım buna canlı sübutdur. Ancaq, ZAHİD müəllimlə qarşı- qarşıya gəlib, ondan elmi işləri  haqqında soruşmaq mənim üçün çox çətin olub! 

İldə bir- iki dəfə görüşüb hal-əhval tutduğum bu insan haqqında sərbəst düşüncələrimi ifadə edib, yazmaqda sanki aciz olmuşam!

Çünki ehtiyat etmişəm!!!   

Məndə bu ehtiyatlılıq nədən yaranır? Cavabı çox sadədir! ZAHİD müəllimin böyüklüyü, qüdrəti, insanlara sağlamlığı naminə ötürdüyü bio-enerji və cəsarət...! Vətənə, öz xalqına Sidqi-qəlbdən yaxınlığı, həyata öz baxış bucağının olması, dostlara,  ailəyə verdiyi tükənməz sevgi və cəmiyyətdə tutduğu mövqe məni, həm də onu yaxından tanıyanları həmişə heyrətləndirib! Bəs bu insan bu gücü, qüdrəti bu enerjini haradan alır? Məgər belə bir insan haqqında fikir söyləmək, rəy formalaşdırmaq asanmı işdir...? 

Söhbət adi bir insandan yox, sadə və Ali insandan-dostum  ZAHİD BUDAQLI ƏLİYEVDƏN  gedir! Bu müdrik insanın elmi-tədqiqat işləriylə bağlı xeyli vaxdırki, araşdırmalar aparıram... Bunu onun özüdə bilməmiş deyil. ZAHİD müəllimin 17 fevral  2023 cü il tarixdə 65 yaşı tamam oldu.

Aramızda  yaş fərqinin az olmasına baxmayaraq ,mən həmişə  onun dəyərli məsləhətlərindən faydalandıqca özümü dünyanın xoşbəxti sanmışam!

Bu yerdə dahi Nəsrəddin Tusi demişdir : " Paklığı, saflığı öžünə meyar seçən Kamil insanlar səbrin və təmkinliyin sayəsində öz arzularına çatmış olurlar"

Bəli, dostumuz Zahid müəllim də belə ziyalılardandır! Yuxarıda qeyd etdiyim kimi, elinə, obasına Vətəninə vurğun insandır Zahid müəllim!

Bir sözlə Hacı Zeynalabdin Tağıyevin layiqli savamçısı olan Zahid Budaqlı səxavəti, ədaləti və kəraməti ilə sevgisini ilk öncə Allaha və dostlara aşılayan bir şəxsiyyətdir mənimçün!

Onuda vurğulamaq yerinə düşər ki, dostumuz Zahid müəllim ümummilli lider HEYDƏR ƏLİYEV ideyalarının kamil daşıyıcısı olmaqla bərabər, həmdə Onun ideyalarının sadiq müdafiəçisidir!   

Əliyev Zahid Hacıalı (Budaqlı) oğlu 1958 -ci ilin fevral ayında İmişli rayonunun Əliqulular kəndində anadan olub. Orta məktəbi Beyləqan rayonunun da fəaliyyət göstərən Şəfəq kənd orta məktəbində bitirib .Sonra isə Bakı şəhərinə gələrək sənədlərini Azərbaycan Dövlət Neft.-Akademiysının Neft Mexanikası fakültəsinə verib və həmin fakültəni əla qiymətlərlə 1985.-ci ildə bitirir.  

İlk əmək fəaliyyətinə 1985-ci ildə Rusiyanın Tümen Vilayətinin. Noyabrski şəhərində gənc mütəxəssis kimi işə başlayır.

1990-.cı ildə vətənə qayıdaraq 1996 -cı ilə qədər ADNSA da öz ixtisasına uyğun, elmi işçi kimi fəaliyyətə başlayıb.

1996 - 2000 illərdə Naxçıvan Dövlət Universitetində müəllim kimi işlərini davam etdirib. 2000 cı ildən 2003 cü ilə kimi bilik cəmiyyətində, 2003 cü ildən Beynəlxalq İxtiraçılıq və Biznes institunda ".Psixologiya və Parapsixologiya fakültəsinin rəhbəri və müəllimi, eyni zamanda "BUDAQLI" Psixoloji kömək mərkəzinin yaradıcısı və rəhbəri olmuşdur . Bununla yanaşı AR Gənclər və idman nazirliyinin xüsusi proqramı üzrə psixoloqu, Eyni zamanda futbol fedarasiyasının və "ULDUZ"  FK nun psixoloqu və baş məsləhətçisidir.

Ekologiya, seysmologiya,. tibbi Psixologiya, astronomiya və s. Sahələr üzrə 25 elmi əsrlərin və kəşflərin müəlliflik şəhadətnaməsini alaraq müəllif hüquqları agentliyi tərəfindən rəsmi müəllif kimi tanınmışdır. Zahid müəllim Azərbaycan yazıçılar birliyinin, ŞimalıAmerika yazıçılar birlyinin fəxri və həqiqi üzvü həmdə Azərb.

KİV Hİ qərarına əsasən  "QIZIL QƏLƏM " mediya mükafatına layiq görülüb. Respublikamızda yeganə elm adamı kimi Zahid müəllim" BEYNƏLXALQ SÜLH FEDERASİYASI " Beynəlxalq Humanistika institu" İB , SÜLH SƏFİRİ nominasiya diplomuna layiq görülmüşdür. Zahid müəllim həm də " XALQIN NÜFUZLU ZİYALISI " mediya diplomunun daşıyıcısıdır.

Zahid Budaqlının müxtəlif media orqanların da dərc olunmuş öz elmi işlərinə uyğun materiallarda var ki onları sizlərə təqdim edirik.

"Seysmoloji proseslərin insanlara təsiri", " Bürclərin insanlara təsiri" ,.Günəş tutulmasının yer kürrəsinə təsiri ", .Zəlzələyə səbəb nədir?" , "İnsan beyninin açarı"-psixo enerji nədir və ondan necə faydalanmalı ". " Nəzər və gözdəymədən.necə.qorunmaq olar ", " Zəlzələnin gücü artır", " Şimal günəşi " ,.Özümüzü günəş şüasından necə qöruyaq.", " İnsan və bioenerji " , "Yeniyetməlik dövründə özünə qapanma " , " Zəlzələ necə baş verir? "Qasırğalara səbəb nədir " , " Günəş partlayışları çoxalıb " , " Yer kürresinin enerji balansı dəyişir " vəsair məqalələrin müəllifidir hörmətli Zahid müəllim!  

Zahid Budaqlı bəzən boş vaxtlarında da  yaradıcılıqla məşğul olmağı öz elm sahəsinin tərkib hissəsi kimi dəyərləndirib fundamental əsərlər, poemalar müəllifi kimi ədəbi camiədə özünə məxsus yeri olan bir alimdir. Onun yuxusuz gecələr bahasına başa gəlmiş əsərlərinin bir neçəsinin adlarını çəkmək istəyirəm ki,.dəyərli oxucular onları əldə edib faydalana bilsinlər.

Z. Budaqlının yazmış olduğu bütün əsərləri və poemaların demək olar ki, hamısı oxucu kütləsi tərəfindən layiqli dəyərini almışdır. Misal olaraq, " QARABAĞ " poeması , "QOBUSTAN " poeması , " QIZ QALASI " , poeması , " BEYLƏQAN " poeması , " ZƏRDÜŞT " poeması , " və - NƏSİMİ " poeması kimi fundamental poemalsrı oxucu kütləsi tərəfindən geniş müzakirələrə səbəb olmuş və  layiqli qiymətini də almışdır.  

Dəyərli oxucular mən indi sizə Hörmətli alim Zahid Budaqlının uzun illərin zəhməti sayəsində başa gələn elmi əsərlərinin həm AAK komisiyası tərəfindən təstiq olunmuş şəhadətnamənin qeydiyyat nömrəsini həm də Əsərlərinin adlarını sizlərə təqdim edirəm. Buyurub, əldə edib oxuya bilərsiniz.

1. " Yer kürrəsi və bioenerji " şəhadətnamə. 5552.

2. " Zəlzələ necə baş verir ?"  şəh. .5553.

3. " Kosmik bioenrjinin paylanması " şəh.5554.

4. " Elektromaqnit dalğalardan qorunmağın yolları şəh. 8456.

5. " Radioaktiv şüalanmadan qorunun " şəh.8457.

6. " Günəş prtlayışları artır " şəh.5566.

7 " Quş qripi virusu necə yarandı ?" şəh.5561.

8. " Atipik penevmaniyaya səbəb nədir ? " şəh. 5558.

9. " Seysmoloji proseslərin insanlara təsiri " şəh.5564.

10.  " Seysmoloji proseslərin atmosferə təsiri " şəh. 5562.

11. " Yer kürrəsinin enerji balansı pozulur " şəh. 5560.

12." Qasırğalara səbəb nədir ?şəh. 5563.

13 Özünüzü günəş şüalarından qoruyun " şəh. 5566.

14. " Adət ənənələrinə elmi əsasları " şəh. 5568.

15. " Günəş tutulması zamanı necə qorunmalı ? " şəh. 5570.

16. " Koronovirusun yaratdığı sosial- psixoloji problemlərin aradan qaldırılması " şəh. 12199.


Zahid Budaqlı, hal - hazırda Azərbaycan Milli Elmlər Akademiyasının " Fəlsəfə və Sosialogiya " üzrə doktorantıdır !  Onuda qeyd edək ki, Zahid budaqlı qardaş Türkiyə respublikasının təhsil və elm ocaqları tərəfindən müxtəlif nominasiyalar üzrə Diplom və ödüllərə sahib olaraq, Ölkəmizin elm sahəsindəki qüdrətini xeyli artırmışdır.

Dostumuz Zahid Budaqlının yuxusuz gecələri və gərgin əməyi sayəsində ortaya qoyduğu elmi - əsərlərini, kəşflərini , ixtira və öncədən proqnazlaşdırma ehtimalını nəzərə alaraq Hörmətli mədəniyyət nazirliyi , AZƏRBAYCAN RESPUBLİKASI YAZIÇILAR BİRLİYİ və onun rəhbərliyi  Zahid müəllimin 65 illik yubileyini layiqincə qiymətləndirib , onu layiq olduğu ada yüksəldəcəklər !   

Son olaraq qeyd etmək  istəyirəm ki , yuxarıda qeyd etdiyim kimi dostumuz Zahid Budaqlının qarşıda müqəddqs doğum günü , 65 yaşının tamamı gəlir. Bu xüsusda mən Zahid qardaşımıza ilk öncə möhkəm can sağlığı,uzun ömür , firavan həyat və yeni - yeni elmi əsərlər yaratmağı arzu edirəm! Var olun Zahid müəllim ! Sizi qarşılayacaq yeni yaşınız öncədən mübarək olsun!                

Qələmə aldı: Vahid Coşğun                 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın