"Azərlotoreya" "Azərbaycan Reallığı"nı məhkəməyə verir? - OSMAN KARAKUŞUN TƏKZİB VƏ ÜZÜR TƏLƏBİ

14, 04, 23
12:00

"Azərlotoreya" "Azərbaycan Reallığı"nı məhkəməyə verir? - OSMAN KARAKUŞUN TƏKZİB VƏ ÜZÜR TƏLƏBİ


Artiq bir neçə gündür ki, bəzi xəbər saytlarına Azeroteriya ASC-dən rəsmi məktub daxil olmaqda davam edir, sözü gedən məktub Azərlotoreya" ASC idarə heyyətinin sədri Osman Karakuş imzası ilə göndərilir, xəbər portallarına göndərilən məktubda "Azerloteriya ölkəni qumarxanaya çevirib: sirlli fərəcullayevlər kimdir?" başlıqlı yaznın silinməsini, daha sonra"Azərlotoreya"dan üzr istənilməsi tələb olunur, əks halda bütün hüquqi tədbirlərin görüləcəyi bildirilir.

"Azərbaycan Reallığı" hesab edir ki, bu tip məktubun redaksiyamıza göndərilməsi, həm də bu cür aqresiyya şekilində göndərilməsi ölkədə mediaya qarşı növbəti basqıdır, istənilən media və media nümayəndəsi ilə istər rəsmi istər fərdi təhdid, təzyiq formatında yox, səmimi dildə danışmaq daha məqsədə uyğun olar. Beynəlxalq və daxili qanunlarla mediaya qarşı təzyiqlər heç vaxt normal hesab edilməyib, ölkə başçısı da çıxışı zamanı jurnalistikanı 4-cü hakimiyyət adlandırıb. 

"Azərbaycan Reallığı" 
gün ərizində onlarla informasiyanı oxucuların diqqətinə çatdırır, istənilən informasiyada düzgünlük olduğu kimi yalnışlığın da olması normaldır, çünki bu nəyinki ölkəmizdə bütün dünyada bu cür tənzimlənir, amma bu kiməsə əsas vermir ki, hansısa media ilə və yaxud da onun əməkdaşı ilə təhdid və təziq dilində danışsın, biz hər zaman insanlara, oxuculara verdiymiz informasıya ilə dövlət maraqların qormuşuq, istənilən halda dövlətmizin yanında olmuşuq, bundan sonrada olacağıq.

44 günlük vətən müharibəsi zamanı və qardaş ölkə Türkiyədə baş vermiş acı fəlakətlə nəticələnən zəlzələ zamanı ölkələrimizin bir-birinə dəstək verməsi, qardaşlığımızın əbədi olacağı bariz nümünədir, amma redaksiyaya göndərilən aşağılayıcı məktubda qardaş ölkənin vətəndaşının imzalaması bizdə təəsüf hissi doğurur, bu adamlar  başqa heçnəyə nail olmayacaqlar.

"Azərlotoreya" haqqında tənqidi yazılar bizim üçün sıradan bir informasıya xarakterlidir, hansısa bir xəbər saytına istinadən verdiymiz yazıya görə kimdənsə üzr istəmək, təkzib yazmaq uyğun deyil.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın