Yaşamağa səsləyən ömür

15, 04, 23
09:00

Yaşamağa səsləyən ömür


MİR NAZİR ƏLİYEV, Respublikamızda böyük nüfuza və hörmətə layiq olan bir ziyalıdır. Onun, canında ,qanında sakinlərin. sevgisini gəzdirə bilməsi, ərazisindəki əhalinin sağlamlığı naminə bacarıqla çalışıb, hər bir sahəni tər-təmiz saxlaması, onun daxili aləmindən gələn bir amildir!

Həmdə, Mirnazir müəllim uzun müddətdir ki, Paytaxtımızın ən böyük MƏNZİL-İSTİSMAR SAHƏLƏRİNDƏN BİRİNİN RƏHBƏRİDİR!  

Onun öz sahəsində qurub-yaratmaq əzmi həmişə olduğu kimi, yenədə canlanmaqdadır!

Bu nurani insan, yaxşılıq etməkdən zövq aldığı kimi, ərazisindəki insanlara mədəni kommunal xidmətlər göstərməkdən də nəinki usanır, əksinə, daha da hərtərəfli zövq alıb, qürur hissi keçirir!  

Ən çətin anlarda sakinlərinin harayına çatmağı,onların dərdi: şerlərini səbrlə dinləyib, dəyərli məsləhətlər verməyi özünün ən vacib vəzifə borcu sayır.

Məhz ona görədə, Mir nazir müəllimin ünvanına toplaşıb gələnlərin sayı daha çoxdur!

Bəli, sözün həqiqi mənasında.O, fitrətən XALQ ADAMI olmaqla bərabər, həmdə sakinlərinin təmiz və abad bir ərazidə yaşamasının qarantıdır!

Hörmətli Mir Nazir müəllimin canın da olan səmimiyyəti, yüksək əxlaqı keyfiyyətləri, qonaqpərvərliyi, və peşəkarlığı mənzil kommunal sahəsinin əməkdaşlarına nümunə ola biləcək, uzun sınaqlardan keçmiş bir həyat məktəbidir!  

Bu kanteksdə Mir Nazir müəllimdən danışmaq insanda mənəvi bir rahatlıq yaradır.  

İşlədiyi sahədə kimdən Mir Nazir müəllim haqda nəsə soruşsan, insanların  üzündə yalınız təbəssüm dolu nur və fərəh  görərsən!  

Mübaliğəsiz deyə bilərəm ki,Mir Nazir qardaşımız canını insanların rahatlığı yolunda, Vətənimizin çiçəklənməsi naminə fəda etməyi bacaran bir nurlu şəxsiyyətdir!

Onu tanıyanlar yaxşı bilirki, güzlük, dogruçuluq, saflıq parametrləri sonsuz olan bu halal çörəkli kişi, hər yola saldığı adi bir saatı, bir anı ancaq yaşamaq və yaşatmaq eşqiylə yola salır! O, həmdə başqalarına nümunə olacaq bir ailə başçısıdır! Odur ki, xeyirxah və səxavətli olmaq Əliyevlər ailəsinin mayasındafır!

Dostumuz Mir Nazir haqqında çox yazıb, kitabda hazırlamaq olar. Lakin,.buna lehtiyac duymadığımdan qasın sonraya deyirəm!

Mir Nazir qağamız 1955 cı ilin 15 aprelində dünyaya göz açdığından onun bu günlərdə 68 yaşı tamam olur.  

Bugözəl gün münasibətiylə Mir Nazir müəllimi ürəkdən təbrik edib, Ona uzun ömür, can sağlığı və İNNƏN belə də firavan həyat sürməyi, ağrı- acıdan uzaq olmağı arzu edib, Qğanın bu müqəddəs gününə bir neçə yarpaq şer payımı.ərmağan edirəm!

Nazir qardaş

Qartal baxışlısan Aslan ürəkli,
Qanad aç, səmada süz, Nazir qardaş!
Dan yeri üfüqdən sökülən zaman,
Əl at çiçəklərdən üz, Nazir qardaş!  

Xoş əməl sahibi istiqanlısan,
Sayılıb-seçilən, adlı-sanlısan...
Dost sevər insansan, qohumcanlısan,
Saldın ürəklərdə iz, Nazir qardaş!

Xeyirxah əməlin sanasan bitməz,
Əl tutmaq haqdandı, heç zaman itməz!
Qədrini hər nadan, nankor bilməz,
Ağartdın hər yerdə üz, Nazir qardaş!

Düz oldun həmişə əhdə ilqara,
Düşsəndə hərdənbir çətinə, dara!
Çox ağır anlarda neçə dostlara,
Qoymusan "diaqnoz " düz Nazir qardaş!

Taqəti dizində, gücü qolunda, 
Dost-tanış cəm olar sağı-solunda!
Vahidəm, a dostum ömür yolunda,
Yaşa İNNƏN belə yüz, Nazir qardaş!

15 aprel 2023 il.
 
AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın