İş adamının nazirə müraciəti nəzarətə götürülüb - DİN

24, 04, 23
13:00

İş adamının nazirə müraciəti nəzarətə götürülüb - DİN


Bir neçə gün bundan öncə “KMSL” MMC-nin Direktoru Süleymanov Məhərrəm Qurban oğlu "Azərbaycan Reallığı" vasitəsi ilə Daxili İşlər Naziri General-Polkovnik cənab Vilayət Eyvazova açıq müraciət edərək nazirdən üzləşdiyi qanunsuzluqlarla bağlı kömək istəmişdi.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Azərbaycan Reallığı"nın sorğusuna cavab olaraq bildirilir ki, sözügedən müraciət nəzarətə götürülüb araşdırılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Araşdırmanın nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın