Azərbaycan sərhədini pozan erməni hərbçilər həbs edildi

28, 05, 23
17:00

Azərbaycan sərhədini pozan erməni hərbçilər həbs edildi


Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan dövlət sərhədinin pozulması və digər qanunsuz hərəkətlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Hovakimyan Harut Yuriki və Qazaryan Karen Aşoti təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın