"Qədim Qəbələ" restoranı ilə bağlı araşdırma aparılır - DİN

07, 06, 23
10:00

"Qədim Qəbələ" restoranı ilə bağlı araşdırma aparılır - DİN


Bir neçə gündür sosial şəbəkələrdə "Qədim Qəbələ" restoranlar şəbəkəsinin Qəbələ rayonda yerləşən filialında özlərini blogger kimi təqdim edən bir neçə xanımın sözü gedən məkanda iti güllələməsi ilə bağlı iddialar irəli sürülmüşdür.

Sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Azərbaycan Reallığı"ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər bir- birlərindən qarşılıqlı şikayətlərlə DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət ediblər.

Müraciətlər əsasında onların izahatları alınıb və hazırda hadisənin təfərrüatları ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, sözügedən iddia ilə bağlı bir neçə jurnalist dərhal Qəbələ rayonuna səfər etmiş, görüntülərdə əks olunan itin güllələməsi ilə bağlı iddialar öz əksini tapmamışdır. Həmçinin sözügedən məkandan İctimai Televiziya reportaj hazırlayıb.

"Qədim Qəbələ" rəhbərliyi iddialarla razılaşmayaraq şər-böhtan olduğunu bildirərək deyilənləri təkzib edib iddianı irəli sürən bloggelər isə istər media istər televiziya kanallarına açıqlama verməkdən imtina ediblər. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın