Qəbələdə restoranda heyvanlara şiddət göstərilməsi barədə fakt təsdiqini tapmayıb - DİN

13, 06, 23
12:25

Qəbələdə restoranda heyvanlara şiddət göstərilməsi barədə fakt təsdiqini tapmayıb - DİN


Qəbələdə restoranda heyvanlara şiddət göstərilməsi barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş müraciət əsasında rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılıb.

Məsələ ilə bağlı - DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov "Azərbaycan Reallığı"na açıqlamasında  bildirdi ki, qeyd olunan obyektə baxış keçirilib və itə tüfəngən atəş açılması ilə bağlı hər hansısa bir fakt aşkar edilməyib.

Tərəflərin bir-birlərinə şər-böhtan atmaları ilə əlaqədar müraciətlərinə gəldikdə isə bu barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmələri onlara tövsiyə olunub.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın