Emin Hüseynov: Yalnız xeyirxahlıq və yaxşılıq etməklə insanlıqdan nəsib almaq mümkün olur

16, 06, 23
21:00

Emin Hüseynov: Yalnız xeyirxahlıq və yaxşılıq etməklə insanlıqdan nəsib almaq mümkün olur


“Yalnız xeyirxahlıq və yaxşılıq etməklə insanlıqdan nəsib almaq mümkün olur” Xeyirxahlıq və mehribanlıq hər bir insanın malik olmalı olduğu xüsusiyyətdir. Həmçinin xeyirxah insanlara mülayim və nəzakətli insanlar deyilir.

İnsanın müsbət xüsusiyyətlərini təsvir edərkən onun mehriban olub-olmaması da ifadə edilir. Xeyirxahlıq bir növ insanlar arasındakı ən gözəl yaxınlıq səbəbidir. Xeyirxah insan hər zaman ehtiyacı olan insanlara, istər soyuq, istər isti, istərsə də çətin demədən kömək edir. Çünki şəfqətlə yoğrulmuş insanlar özünə və ətrafına faydalı olmaq üçün daim yaxşılıq axtarırlar.

Nə qədər ki, belə insanlar var, əlbəttə, insanlıq ölməyəcək. İnsanı insan edən və ən əsası layiqli insan edən fəzilətli davranışlar vardır; Vətənpərvər olmaq, köməkçi olmaq, empatiya qurmaq, əməkdaşlıq etmək, gözəl əxlaqlı olmaq və s. kimi. Bunlardan ən mühüm olanı isə xeyirxahlıqdır. Xeyirxahlıqla yanaşı yuxarıda qeyd olunan bütün fəzilətli davranışları özündə cəmləşdirən şəxslərdən biri də “Quseynoff” şərab zavodunun təsisçisi və rəhbəri, çox nüfuzlu, ziyalı iş adamı Emin Hüseynovdur.

Emin müəllim ən yüksək insani keyfiyyətlərə malik olan bir şəxsdir. Çünki o, hər zaman şəhid və qazi ailələrinin dostu olub. Vətən müharibəsində qəhrəmancasına şəhid və qazi olmuş igidlərimizə və onların ailələrinə lazımi səviyyədə köməklik etmiş və etməkdədir də… Bütün bunlar Emin müəllimin əsl vətənpərvər bir şəxs olmasından və eyni zamanda dövlətə, xalqına, cənab Prezidentə hörmət və ehtiramının sonsuz olmasından irəli gəlir.

Onu da qeyd etmək lazımdır ki, Emin müəllim öz işinin də əsl bilicisidir, çünki onun təsisçisi və rəhbəri olduğu “Quseynoff” şərab zavodu 5 ildən yuxarıdır ki, fəaliyyət göstərir. “Quseynoff” Karqo” şərab zavodunun başlıca qayəsi, Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişlənməsini, orta biznesdən böyük biznesə keçməyi insanlara öyrətmək, öyrəndikcə böyütmək, böyütdükcə də daha çox öyrətməkdir. “Quseynoff” şərab zavodu bir çox layihələrdə aktiv iştirak edir və hər zaman cəmiyyətə faydalı layihələrlə dəstək olur.

Bu zavod hər bir sahibkara ayrı-ayrılıqda xüsusi yanaşma ilə bərabər, çox yaxşı xidmət və yüksək keyfiyyət göstərir. “Quseynoff” şərab zavodu öz işini həyata keçirən zaman qarşısına yüksək operativliyə və etibara nail olmaq məqsədini qoymuşdur. Və məhz bunların nəticəsidir ki, “Quseynoff” şərab zavodu fəaliyyət göstərdiyi müddətdən bu günkü günə qədər bir çox müvəffəqiyyətlər əldə etmişdir və etməkdədir də.

Təəssüflər olsun ki, mediada bu şirkət haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc olunub, sözsüz ki, bütün bu yalan xəbərlərin dərc olunması da şirkətin uğurlarını gözləri götürməyənlərin olmasından qaynaqlanır. Elə buna görə də, bəzən belə bir nüfuzlu şirkətin səviyyəsini endirmək məqsədilə yayılan heç bir həqiqəti əks etdirməyən xəbərlərə rast gəlinir.

Lakin bütün bu yalan məlumatlara baxmayaraq, “Quseynoff” şərab zavodu dayanmadan ən yüksək səviyyədə fəaliyyətini davam etdirir. Çünki Emin müəllim kimi həm ən ali insani keyfiyyətlərə, həm də yüksək iş bacarığına malik rəhbəri olan bir müəssisə hər zaman öz operativliyi və yüksək keyfiyyəti ilə seçilməlidir. Nə qədər ki, Emin müəllim kimi alicənab, eyni zamanda mərhəmətli, böyük ürəyə sahib insanlar var bu dünyada, insanlıq ölməz.

Emin Hüseynovun işgüzar bir şəxs olmasını da nəzərə alaraq diqqətə çatdırmaq lazımdır ki, onun nöqsansız etdiyi rəhbərlik sayəsində “Quseynoff” şərab zavodu çox yüksək səviyyədə fəaliyyətini davam etdirməkdədir. Bu da onu söyləməyə əsas verir ki, həm yaxşı insan, həm də yaxşı iş adamı olmaq insanın öz əlindədir.

Rəhmət payı deyilən bir gözəllik var. O payı almaq hər kəsə qismət olmur, amma Emin müəllim etdiyi yaxşılıqlar sayəsində bu payı qazanıb. Qeyd edildiyi kimi Emin Hüseynov həm çox yaxşı, nümunəvi insan, həm də əsl vətənpərvər bir vətəndaşdır, hər vəziyyətdə xalqının, millətinin yanında olan, hər cür köməkliyi göstərən bir insandır. O, heç vaxt öz diqqət və qayğısını ehtiyac sahiblərindən əsirgəməmişdir.

Biz də Emin müəllimə hər zaman dövlətinin yanında olub verdiyi dstəyə görə, xalqımıza qarşı göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Ona möhkəm can sağlığı, uzun ömür və iş həyatında müvəffəqiyyətlər arzu edirik.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın