Çimərliyə çox gedin! Görün, dəniz suyunun nə qədər faydası var

29, 06, 23
19:00

Çimərliyə çox gedin! Görün, dəniz suyunun nə qədər faydası var


Havalar isinən kimi ağıla ilk növbədə çimərliklər gəlir. İnsanlar istirahət üçün paytaxt ərazisində yerləşən müxtəlif çimərlikləri seçib, günün yorğunluğunu atmaq üçün oraya üz tuturlar. Bəzi insanlarsa dənizdə təkcə istirahət etmək deyil, həm də müalicə olunmaq istəyir. Dəniz suyu ilə müalicə isə talassoterapiya adlanır. Dəniz suyunun müalicəvi təsiri haqqında çoxsaylı fikirlər mövcuddur.  

Bu su insan orqanizminin sağlamlığı üçün bir çox faydaları özündə cəmləşdirir. Tərkibindəki minerallar sayəsində çox sayda xəstəlikləri müalicə etdiyi məlum olan dəniz suyu qədim misirlilər tərəfindən də müalicəvi məqsədlə istifadə edilib.

"Azərbaycan Reallığı" dəniz suyunun faydalarını təqdim edir:

1. İmmunitet sistemini gücləndirir - Dəniz suyunun tərkibində azot, fosfor, kalium, kükürd, maqnezium və kalsium kimi vacib minerallar və müxtəlif mikroelementlər var. Dəniz suyuna girərkən insan dərisi bu mineralları mənimsəyir və orqanizmdə saxlayır. Günəşdən alınan D vitamini ilə birlikdə immun sistemini gücləndirir və orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır.

3. Dərini canlandırır - Dəniz suyundakı mineralların dərinin daha gənc görünməsi üçün əhəmiyyətli bir faktor olduğu bilinir. Bu su həm də həssas və allergik dərini rahatlaşdırır, müxtəlif dəri qüsurları üçün bərpaedici və müalicəvi təsir göstərir 

4. Yuxunu tənzimləyir və stresi azaldır - Dəniz suyundakı maqnezium əzələ və sinir sistemi üçün çox vacibdir. Bədən bu elementi dəniz suyundan alanda sakitləşir və stresi azalır. 

6. Soyuqdəymə, qrip və yuxarı tənəffüs yolları xəstəliklərinin qarşısını alır - Tərkibində vitamin, mineral, duz, amin turşuları, mikroelementlər var. Bu da qrip kimi xəstəliklərin qarşısını almağa kömək edir.

7. Zehni təzələyir - Bu minerallar həmçinin stress və depressiya ilə də mübarizə aparır. Hər dəfə dəniz suyuna girmək orqanizmin enerjisini artırır. Eyni zamanda, dəniz sahilindəki hava qan və toxumaların təmizlənməsinə kömək edən ionlarla zəngindir.  

6. Dəniz suyu ayaq qoxusu və tər qoxusunun qarşısını alır. 

7. Dəniz suyunun tərkibindəki kalsium karbonat, maqnezium xlor,  sulfat, potasium xlor, maqnezium sulfat yaralara da müsbət təsir göstərir. Əl və hətta ağız yaralarında dəniz suyunun müalicəvi əhəmiyyəti var.

8. Saçın kəpəklənməsinin qarşısını alır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
   

Bizimlə əlaqə saxlayın