Rüstəmxanlıdan sərt sözlər: “Bizim yetimlərə 300-400 verirlər”

02, 08, 18
17:01

Rüstəmxanlıdan sərt sözlər: “Bizim yetimlərə 300-400 verirlər”

  • Xalq şairi Sabir Rüstəmxanlı gediş haqlarının artırılmasına münasibət bildirib.  
Peyktv.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri “gediş haqlarının 50 faiz artırıldığı halda orta aylıq əmək haqqı nə qədər olmalıdır” sualına sərt cavab verib.
O, qeyd edib ki, Statistika Komitəsi rəsmi rəqəmləri şişirdib:
“Guya bizdə bu il orta aylıq əmək haqqı 528 manatdır. Mən Milli Məclisdə olanda dəfələrlə demişdim ki, belə ortalama olmaz. Azərbaycanda neft sektorunda çalışan xarici vətəndaşlar 5-10 min dollar alır. Bizim yetimlərə isə, yaxşı halda 300-400 manat verirlər. Orta aylıq əmək haqqını bunun ikisinin cəmindən çıxardırlar. Gediş haqqı yalnız az maaş alanlara təsir edir. Kobud hesabla desək, onların əmək haqqı ən azı 10-15 faiz qaldırılmalıdır”.
Xatırladaq ki, Azərbaycanda minimum əmək haqqı 130 manatdır. Tarif Şurasının yeni qərarına əsasən, nəqliyyatda gediş haqqı 50% qaldırılıb

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın