Vətəndaş Baş Prakurorluqa təşəkkür etdi

16, 08, 23
20:00

Vətəndaş Baş Prakurorluqa təşəkkür etdi


Bir neçə gün bundan öncə vətəndaş Tamam Nəbiyeva ona qarşı edilən dələduzluqla bağlı ölkənin bir sıra hüquq-mühavizə orqanlarına saytmız vastəsi ilə muraciət etmişdi.

Ona qarşı Əliyev Nihad Raiq oğlu etibarından sui-istifadə etməklə bir qurup şəxslə əlbir olaraq evini, maşınını və pulunu ələ keçirməklə təxminən 200 min AZN ziyan vurmuşdur.

Aidiyyəti üzrə hüquq-mühavizə orqanlarına şikayətlər olunsa da cinayət işinin başladılması haqqında Nərimanov rayon prokurorluğu qərar verməyə tərədüd edib. Baxmayaraq ki, vətəndaş iş üzrə hüquq-mühavizə orqanlarına kifayət qədər faktlar təqdim etmişdir. 

Vətandaş Baş Prokuror Kamran Əliyevə müraciətindən sonra işə dərhal operativ yanaşılıb, vətəndaş baş prokurorluğa nümayəndəsi ilə birlikdə dəvət olunub, əlavə faktlar aparılan araşdırmanın iş materiallarına əlavə olunub və cinayət işinin başlanılması haqqında qərar verilib.

Vətəndaş Tamam Nəbiyeva "Azərbaycan Reallığı" vasitəsi ilə başda Baş Prokuror cənab Kamran Əliyev olmaqla ona köməklik göstərən hər kəsə öz təşəkkürünü bildirir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın