Gömrükdə bir korrupsioner komanda getdi, yerinə başqası gəldi - Dəyişən heç nə YOXDUR

23, 08, 23
11:00

Gömrükdə bir korrupsioner komanda getdi, yerinə başqası gəldi - Dəyişən heç nə YOXDUR


Dünyanın hər yerində yüksək vəzifələrə təyinatların yanında məşhur 100 gün deyimi dayanır.

100 gün... Hər kəs, türklər demiş, mərakla gözləyir ki, görək bu məmur bu günlər ərzində hansı yenliklər edəcək, hansı müsbət addımlar atacaq.

Yəni, hər hansı bir vəzifəyə təyin olunan şəxs bu günlər ərzində sistemlə tanış olur, yeni işlərin tətbiqinə başlayır və "yol xəritəsi"ni hazırlayır. Üstəlik hər kəsin danışa biləcəyi çox ciddi müsbət addım atır.

Bundan sonra 100 günün hesabatı olur.


Çox təssüflər olsun ki, Azərbaycandakı məmurlar üçün bu 100 gün keçərli deyil və ümumiyyətlə, onlar bu barədə düşünmürlər. Üstəlik, təyin olunduqları postlarda yenilik yalnız məmurları dəyişmək olur.

Köhnə rəhbərin adamını işdən çıxarıb, öz yaxın adamını gətirir, onu bura, bunu ora qoyub, adına deyirlər islahat. Bununla da məsələ bağlanır, işin fatihəsi oxunur. Bundan sonrakı mərhələdə isə, pul qazanmaq, villaların sayını artırmaq, xarici ölkələrdə şirkətlər açmaq və kef dövrü start götürür.

Dövlət Kömrük Komitəsində düz bir ilə yaxındır "islahat aparırıq" deyilirdi. Axır ki, o günlərdə bəlli oldu ki, kadr islahatı bitib, bütün şəxslər öz yerinə yerləşdirilib. Əslində elə də böyük kadr dəyişikliyi edilməyib. Aşağı-yuxarı 4-5 yüksək rütbəli məmur təyinatı edilib, yerdə qalanlar elə köhnələrdir, sadəcə yerləri dəyişib.

Gömrük Komitəsinin yeni rəhbəri Şahin Bağırov təyinatından düz 1 il 10 gün keçir amma, hələ də, Gömrük sistemində nəzərəçarpacaq heç bir dəyişiklik və irəliləyiş yoxdur.

Amma əsl problemlər hələ də qalmaqdadır. Dəyişən yalnız vəzifələrdəki adamlardır.

Gömrük Komitəsində qanunsuz fəaliyyət göstərən şirkətlər, bəyannamələrdə yüklərin az göstərilməsi, ƏDV fırıldağı, vergidən yayınma və daha böyük problemlər hələ də qalmaqdadır.

Yəni, görünən odur ki, Səfər Mehdiyevi sadəcə Şahin Bağırov əvəz edib. Hansı ki, Şahin Bağırovun təyinatı zamanı bu şəxsə böyük ümidlər bəslənirdi, etimadı doğruldacağı düşünülürdü.

Bu gün isə bəlli olur ki, Şahin Bağırov Gömrük Komitəsinin işində elə də ciddi dəyişiklik edə bilməyib və sistemdə köhnə problemlər elə köhnə adamların təzələrlə birləşməsi nəticəsində davam etdirilir. Yenə qanunsuz şirkətlər fəaliyyətdədir və hər gün sayları artır, ƏDV oyunu bitmir, yüklərin bəyənnamədə az göstərilməsi ilə vergidən yayınma və sairə...

Ola bilsin ki, Bağırov gələcək illərdə nəsə edə bilsin. Amma bu bir az müəmmalı görünür.

Elə isə ortaya maraqlı suallar çıxır... Əcəba, Şahin Bağırova kimlər mane olur? Ümumiyyətlə, nədən Azərbaycan gömrüyündə vəziyyət tam standart sistemə keçmir? Niyə qanunsuz şirkətlərin fəaliyyəti birmanlı olaraq yasaqlanmır? Niyə dövlət büdcəsinə ziyan vururlar?

Bir sözlə, Şahin Bağırovun təyinatından 1 il ötsə də, Gömrük sistemində köhnə problemlər hələ də qalmaqdadır. (Bizimxebr.az) 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın