yuxarı
Şəhid Orxan Əsgərovun qızı atasının arzusunu gerçəkləşdirdi - FOTO
31, 08, 23
12:00
Şəhid Orxan Əsgərovun qızı atasının arzusunu gerçəkləşdirdi - FOTO
“Orxanın arzusu idi ki, qızı tibb sahəsində olsun. Atasının arzusunu gerçəkləşdirdi”.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
O bildirib ki, nəvəsi həm özünün, həm də atasının arzusunu gerçəkləşdirib:
“Xoş xəbər oldu, çox sevincliyik. Aysu Orxan qızı Əsgərlinin adı da tələbələrin siyahısındadır. O, Türkiyədə Uludağ Universitetinin tibb fakültəsinə qəbul olub. Hətta tam təqaüdlə oxuyacaq. Orxanın da arzusu bu idi, ruhu şad olsun”.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək