Kosmetoloq Lamiyə Mustafayeva danışdı: "Dərc etdiyiniz böhtan yazını gülərək qarşıladım."

31, 08, 23
14:00

Kosmetoloq Lamiyə Mustafayeva danışdı: "Dərc etdiyiniz böhtan yazını gülərək qarşıladım."


Dünən saytımızda "Kosmetoloq Lamiyə Mustafayeva insanların həyatı ilə oynayır - Fəaliyyəti ciddi yoxlanılmalıdır" başlıqlı yazı dərc olunmuşdu "Azərbaycan Reallığı" redaksiyası ilə əlaqə saxlayan Lamiyə Mustafayeva yazılanların həqiqətə uyğun olmadığını, ona qarşı şər-böhtan kompaniyası aparıldığını bildirib.

"Azərbaycan Reallığı" Lamiyə Mustafayevanın cavabın olduğu kimi təqdim edir:  

Mən-Lamiyə Mustafayeva həkim kosmetoloqam. Dünənki dərc etdiyiniz yazını sadəcə gülərək qarşıladım. Çünki realliğa uyğun olmayan bir məlumatdır. Bir kosmetoloqdan şikayət edən pasienti varsa, ilk növbədə həkiminə müraciət edib iradını ona bildirir.

Bu günə kimi pasientlərim tərəfindən mənə şikayət olmayıb. Təbii ki, reallığa uyğun olmayan məqalə dərc olundu, nəyə əsasən olundu onu siz düşünün. 

Tibbi savadı yoxdur yazmısız, tibbi kənara qoysam, tibbdən əlavə 2 diplomum var, tibbi isə fərqlənmə ilə bitirmişəm. Hazırda Dövlət universitetinin ekologiya fakutəsində təhsil alıram.

Kosmetologiyanı Səhiyyə Nazirliyi tərəfindən akreditasiya olunmuş Arash akademiyasının məzunuyam. Onu da qeyd edim ki, tibbi olmayanları Akademiya qəbul etmir. Bununla yanaşı Beynəlxalq konfranslar, seminarlarda iştirak edərək o diplom və sertifikatları almışam.

İşlərim göz önündədir. Siz də tanış olduz. Yalan deyən, böhtan atan insanlar özləri də bilmədən mənim piyarıma səbəb oldular.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın