Həbsxanalarda peşəkar aşpazlıq kursun bitirən məhkumlara sertifikatlar təqdim olundu - FOTOLAR

11, 09, 23
12:00

Həbsxanalarda peşəkar aşpazlıq kursun bitirən məhkumlara sertifikatlar təqdim olundu - FOTOLAR


Bakı İstintaq Təcridxanasında aşpazlıq kursları başa çatıb. Pilot layihə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Tədbirə media nümayəndələri dəvət olunub. Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, polkovnik Mirsaleh Seyidov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış ediblər.

Çıxış edənlər bu cür tədbirlərin keçirilməsinin keçmiş məhbusların cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətini qeyd ediblər. Onlar əlavə ediblər ki, bu təcrübə gələcəkdə də davam etdiriləcək.   

Kursu müvəffəqiyyətlə bitirən məhkumlara sertifikatlar təqdim olunub. Belə arayışlar onların azadlığa çıxdıqdan sonra işlə təmin olunmasına kömək etməlidir.






AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın