Daha 5 şəhidimizin adı açıqlandı - SİYAHI

03, 10, 23
11:30

Daha 5 şəhidimizin adı açıqlandı - SİYAHI


Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib.

Onların adları Müdafiə Nazirliyinin təqdim etdiyi siyahıya əlavə olunub.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır.

Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. 11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın